Son dəqiqə
Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur

Aİ-dən namizəd ölkələrə mükafat: Üzvlükdən əvvəl bu güzəştlər olacaq

Cəmiyyət

Avropa Komissiyası Aİ-yə namizəd ölkələrə bloka tam üzv olmadan əvvəl iqtisadi güzəştlər təqdim etməyi nəzərdə tutan yeni təşəbbüz üzərində işləyir.
Cagdas.az  xəbər verir ki, bu barədə “Politico⁠” məlumat yayıb.

Təşəbbüs Avropa Komissiyasının “tədricən inteqrasiya” planının tərkib hissəsidir. Plan çərçivəsində namizəd ölkələrə bəzi Aİ maliyyələşdirmə proqramlarına çıxış, güzəştli ticarət razılaşmaları və vahid bazara qismən giriş imkanı verilə bilər.

Bildirilib ki, bu addım tam üzvlük prosesi uzun çəkən ölkələri islahatları davam etdirməyə həvəsləndirmək məqsədi daşıyır.

Nəşr qeyd edib ki, əvvəlki təşəbbüslərdən fərqli olaraq, yeni model namizəd ölkələrə siyasi hüquqlar deyil, iqtisadi üstünlüklər təqdim etməyi nəzərdə tutur.

Fransa və Almaniya bu ideyanı dəstəkləyir. Avropa Komissiyası təşəbbüslə bağlı Aİ ölkələrinin razılığını almağa çalışır və məsələnin oktyabr və ya dekabrda keçiriləcək Avropa Şurası iclaslarında müzakirəyə çıxarılması gözlənilir.

Qeyd olunur ki, ölkələrə veriləcək güzəştlərin həcmi onların həyata keçirdiyi islahatlardan və Aİ qaydalarına uyğunluq səviyyəsindən asılı olacaq.(publika.az)