Son dəqiqə
Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

Cəmiyyət

Şamaxıda son günlər müşahidə olunan intensiv yağışlar və sel suları Qonaqkənd avtomobil yolunda ciddi fəsadlara yol açıb. Yolun iki müxtəlif nöqtəsində torpaq sürüşməsi aktivləşib, nəticədə asfalt örtüyü tamamilə dağılıb.

 

Sürüşmə nəticəsində yolun bir hissəsi uçaraq yararsız hala düşüb. İndi sürücülər hərəkət üçün alternativ və təhlükəli yollardan istifadə etməyə məcbur qalıblar. Kənd sakinləri və sürücülər vəziyyətin günbəgün daha da pisləşdiyini bildirirlər.

 

Referans Media xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.

 

“Qazancımızı ailəmizə xərcləyək, ya maşının ehtiyat hissələrinə verək – bilmirik. Yolların bərbad vəziyyəti səbəbindən həm vaxt itiririk, həm də maddi ziyanla üzləşirik. Xəstələrimizi vaxtında xəstəxanaya çatdırmaq belə çətinləşib”, – deyə yerli sakinlər şikayətləniblər.

 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Yol İstismar İdarəsindən bildirilib ki, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib və qüsur aktı tərtib edilib.

 

Hazırda yolun tam bərpası üçün vəsaitin ayrılması gözlənilir. Bununla belə, Agentlik əməkdaşları ərazini nəzarətdə saxlayır, təmir-bərpa işləri mütəmadi olaraq aparılır. Qurumdan yolun hazırda istifadəyə yararlı vəziyyətdə olduğu da vurğulanıb.