• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

29 İyun, 26 / 10:17
A A

Avropanı bürüyən ekstremal istilər ciddi fəsadlara səbəb olub. Belə ki, Fransada isti hava ilə əlaqədar ölənlərin sayının min nəfərə yaxınlaşdığı bildirilir, Almaniyada isə insanları sərinlətmək üçün küçələrdə xüsusi texnikalar vasitəsilə su səpilir.

Dəhşətli istilərin səbəbi nədir? Azərbaycanda da bu cür hava şəraiti gözlənilirmi?

Çağdaş.Az-ın xəbərinə görə, Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Cənub-Qərbi Avropada son illərin ən isti iyun günləri müşahidə olunur:

“Bu cür ekstremal istilər həmin regionlar üçün adi hal deyil. Çünki bu ərazilər səhra zonası deyil və əhali belə yüksək temperatur şəraitinə öyrəşməyib. Müşahidə olunan istilərin əsas səbəbi qlobal iqlim dəyişiklikləri və Sakit okeanda baş verən, “Super El-Ninyo” adlandırılan okean səthinin güclü isinməsidir. Son 30-40 ildə bir neçə dəfə qeydə alınan bu hadisə bu il daha güclü təsir göstərərək dünyanın müxtəlif bölgələrində temperaturun artmasına, bəzi ərazilərdə isə yağıntıların çoxalmasına səbəb olur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş də bildirib ki, “Super El-Ninyo” Sakit okeanın ekvatorial hissəsində baş versə də, onun təsirləri qlobal xarakter daşıyır. Bu proses okean sularının isinməsinə, uzun illər ərzində formalaşmış okean axınlarında dəyişikliklərə və quru ərazilərdə müxtəlif iqlim fəsadlarına səbəb ola bilər”.

Ekspert bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə yağıntıların nisbətən artacağı bölgələr sırasındadır:

“Lakin bu, yalnız ehtimal xarakterli proqnozdur. Bununla yanaşı, ölkəmizdə yay aylarında temperaturun 40 dərəcəni keçməsi də mümkündür. Dəqiq proqnoz vermək üçün isə hələ tezdir. Buna baxmayaraq, əhali yüksək temperatur şəraitinə hazır olmalıdır. Xüsusilə son illər Abşeron yarımadasında şəhərətrafı qəsəbələrdə tikilən fərdi evlərdə həyətlərin demək olar ki, tamamilə üzlük daşı ilə örtülməsi narahatlıq doğurur. Bir çox hallarda yaşıllıqlara yer ayrılmır və həyətlərdə cəmi bir neçə dekorativ ağac əkilir. Halbuki yaşıllıqlar havanın temperaturunu aşağı salır, daş örtüklər isə əksinə, istiliyi toplayaraq hiss olunan temperaturu 2-3 dərəcə artırır. Vətəndaşlara tövsiyə edərdim ki, həyətlərdə tut, əncir, üzüm kimi arid iqlimə uyğun meyvə ağacları əkərək yaşıllıq sahələrini artırsınlar. Əks halda, daş örtükləri sərinlətmək üçün əlavə su sərf olunacaq ki, bu da su israfına, rütubətin və həşəratların artmasına səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, temperaturun yüksəlməsinin digər ciddi nəticələrindən biri də meşə yanğınları riskinin artmasıdır:

“Xüsusilə iynəyarpaqlı ağacların üstünlük təşkil etdiyi ərazilərdə bu təhlükə daha yüksəkdir. Çünki həmin ağaclar efir yağları ilə zəngin olduqlarından tez alışırlar. Bu baxımdan meşə yanğınları həm Avropa, həm də Azərbaycan üçün aktual risk olaraq qalır”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Avropada istilərdən 1300 adam ölüb

İyun 29, 2026
Cəmiyyət

Nazir komandiri vəzifəsindən azad etdi – Yeni təyinat

İyun 29, 2026
Cəmiyyət

Bakıda “Türk Dünyası Həftəsi” BAŞLADI

İyun 29, 2026
Cəmiyyət

Baş nazir qərar imzaladı

İyun 29, 2026
Cəmiyyət

Rəsmi Bakı İsrailin qərarından ciddi narahatdır

İyun 29, 2026
Cəmiyyət

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

İyun 28, 2026

XƏBƏR LENTİ

“Rusiyanı diz çökdürmək mümkün deyil” – Almaniyadan diqqətçəkən AÇIQLAMA

29 İyun, 26 / 12:50

Avropada istilərdən 1300 adam ölüb

29 İyun, 26 / 12:10

Nazir komandiri vəzifəsindən azad etdi – Yeni təyinat

29 İyun, 26 / 11:56

Bu həftə üç BÜRC üçün bolluq dövrü başlayacaq

29 İyun, 26 / 11:41

Bakıda “Türk Dünyası Həftəsi” BAŞLADI

29 İyun, 26 / 11:27

Ermənistan sərvətlərini ABŞ-yə satacaq

29 İyun, 26 / 11:14

Baş nazir qərar imzaladı

29 İyun, 26 / 11:00

Rəsmi Bakı İsrailin qərarından ciddi narahatdır

29 İyun, 26 / 10:47

Ərdəstanidən sensasiya: “Xamenei öldürüləndə o casus yanında idi” – FOTO

 

29 İyun, 26 / 10:33

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

29 İyun, 26 / 10:17
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.