Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

Cəmiyyət

Azərbaycan əsilli Rusiyalı iş adamı, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvəti artmaqda davam edir.

Cagdas.az xarici KİV-ə istinadən xəbər verir ki, son məlumata görə, milyarderin sərvəti 29,7 milyard dollara çatıb. O, 2026-cı ilin əvvəlindən indiyədək sərvətini 800 milyon dollar artırıb.

Bununla da Ələkbərov dünyanın ən varlı şəxsləri sırasında mövqeyini qoruyub saxlayır. Onun sərvətinin artımı əsasən enerji sektorundakı aktivlərinin bazar dəyərinin yüksəlməsi ilə əlaqələndirilir. Vahid Ələkbərov uzun illər neft-qaz sənayesində fəaliyyət göstərən ən nüfuzlu biznesmenlərdən biri hesab olunur.

O, müxtəlif beynəlxalq milyarderlər reytinqlərində mütəmadi olaraq ən varlı iş adamları arasında yer alır. Xatırladaq ki, 76 yaşlı Vahid Ələkbərov 1950-ci ildə Bakı şəhərində anadan olub. (modern.az)