• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda zibili hələ də düzgün atmırlar – Vətəndaşlara ÇAĞIRIŞ

29 İyun, 26 / 22:51
A A

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı həyata keçirilən layihənin cari vəziyyətini açıqlayıb.

Cagdas.az xəbər veriri ki departamentdən verilən məlumata görə, artıq 8 ilə yaxındır davam edən və ilkin olaraq Nərimanov rayonunda start götürən layihə mərhələli şəkildə genişləndirilib. Hazırda Bakının 10 rayonu aktiv şəkildə bu prosesə qoşulub.

Layihə çərçivəsində paytaxt küçələrində xüsusi meydançalar yaradılıb və iki fərqli rəngdə – narıncı və yaşıl konteynerlər quraşdırılıb. Qurum rənglərin təyinatını sakinlərə növbəti dəfə xatırladıb:

“Buradakı narıncı konteynerlər yalnız çeşidlənmiş (kağız, karton, plastik, şüşə, metal) tullantılar üçündür. Digər yaşıl konteynerlər isə ümumi və qida tullantıları üçün nəzərdə tutulub”.

Məlumata görə, dövlət tərəfindən ayrılan vəsait hesabına şəhərə 156 ədəd müasir, xüsusi təyinatlı avtomobil gətirilib. Qrafikə uyğun olaraq, ümumi və çeşidlənmiş zibillər bir-birinə qarışdırılmadan tamamilə fərqli maşınlarla Balaxanıdakı Tullantıların Çeşidlənməsi Zavoduna daşınır. Orada tullantıların bir hissəsi təkrar emala yönəldilir, digər hissəsi isə yandırılaraq elektrik enerjisinə çevrilir. Bəzi neqativ hallar hələ də qalmaqdadır. Vətəndaşlar zibili düzgün konteynerə atmır və ya kisələri qutuların kənarına qoyaraq kommunal işçilərinin fəaliyyətini çətinləşdirirlər. Qurum bu problemi cərimələrlə deyil, maarifləndirmə yolu ilə həll etmək niyyətindədir:

“Hazırda hər bir məntəqəyə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xüsusi işçiləri təhkim olunub. Onlar gün ərzində ərazini təmizləyir və zibil atmağa gələn sakinləri təlimatlandırırlar. Həmçinin yay mövsümü ilə əlaqədar meyvə-tərəvəz qalıqlarının qoxu və infeksiya yaratmaması üçün meydançalar mütəmadi yuyulur və dezinfeksiya edilir”.

Departament beynəlxalq təcrübəyə də diqqət çəkib. Almaniya, İsveç, Niderland və Finlandiya kimi ölkələrdə sistemin daha mürəkkəb olduğu vurğulanıb. Məsələn, Finlandiyada evlərdə zibillər 5 fərqli kateqoriyaya bölünür və küçələrdə 5 rəngdə qutular qoyulur. Bu da həm təkrar emaldan gələn gəliri artırır, həm də iş prosesini asanlaşdırır.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Yayda hansı rəng geyimlərə üstünlük verilməlidir? – İstidən qorunmağın yolları

İyun 29, 2026
Cəmiyyət

Balıq yağı yaddaşı gücləndirmir – YENİ ARAŞDIRMA

İyun 29, 2026
Cəmiyyət

Eyfel qülləsini ildırım vurdu

İyun 29, 2026
Cəmiyyət

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

İyun 29, 2026
Cəmiyyət

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

İyun 29, 2026
Cəmiyyət

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – VİDEO

İyun 29, 2026

XƏBƏR LENTİ

Yayda hansı rəng geyimlərə üstünlük verilməlidir? – İstidən qorunmağın yolları

29 İyun, 26 / 23:53

Balıq yağı yaddaşı gücləndirmir – YENİ ARAŞDIRMA

29 İyun, 26 / 23:40

Yeni həftədə bu bürcləri sürprizlər gözləyir

29 İyun, 26 / 23:19

Xoruldayan kişilər həyat yoldaşlarının ömrünü qısaldır – ARAŞDIRMA

29 İyun, 26 / 23:06

Bakıda zibili hələ də düzgün atmırlar – Vətəndaşlara ÇAĞIRIŞ

29 İyun, 26 / 22:51

Eyfel qülləsini ildırım vurdu

29 İyun, 26 / 22:37

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

29 İyun, 26 / 22:24

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

29 İyun, 26 / 21:33

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – VİDEO

29 İyun, 26 / 21:19

Azərbaycan nazirlərinin ixtisasları: Kim haranı bitirib?

29 İyun, 26 / 21:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.