• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Balıq yağı yaddaşı gücləndirmir – YENİ ARAŞDIRMA

29 İyun, 26 / 23:40
A A

Uzun illərdir yaddaşı gücləndirdiyi və Alzheimer xəstəliyinin qarşısını almağa kömək etdiyi düşünülən omega-3 balıq yağı əlavələri ilə bağlı aparılan yeni araşdırma bu iddiaları təsdiqləməyib.

Cagdas.az  xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Cənubi Kaliforniya Universitetinin (USC) Keck Tibb Məktəbinin alimləri tərəfindən aparılan genişmiqyaslı klinik tədqiqat balıq yağı əlavələrinin beyində omega-3 səviyyəsini artırmasına baxmayaraq, yaddaş və idrak funksiyalarına müsbət təsir göstərmədiyini ortaya çıxarıb. Araşdırmada yaşı 55-80 arasında olan, Alzheimer xəstəliyinə tutulma riski yüksək hesab edilən 365 nəfər iştirak edib.

Tədqiqat iştirakçıları gündəlik qidalarında az miqdarda balıq istehlak etdikləri üçün təsadüfi qaydada iki qrupa bölünüblər. Bir qrup iki il ərzində gündə 2000 milliqram DHA (dokosaheksaenoik turşu) qəbul edib, digər qrupa isə plasebo verilib. Nəticələr göstərib ki, DHA həqiqətən də beyinə çatır. Altı ayın sonunda iştirakçıların beyin-onurğa beyni mayesində DHA səviyyəsi orta hesabla 17 faiz artıb. Bununla belə, bu artım yaddaşın yaxşılaşmasına və ya idrak qabiliyyətinin yüksəlməsinə səbəb olmayıb. Maqnit-rezonans tomoqrafiyası (MRT) nəticələri də balıq yağı əlavələrinin yaşlanma və Alzheimer xəstəliyi ilə əlaqələndirilən hipokampın kiçilməsini ləngitmədiyini göstərib. Tədqiqat iştirakçılarının təxminən yarısı Alzheimer xəstəliyi üçün ən böyük genetik risk faktoru hesab olunan APOE4 genini daşısa da, bu qrupda da omega-3 əlavələrinin qoruyucu təsiri qeydə alınmayıb.

Araşdırmanın rəhbəri doktor Hüseyn Naci Yassine bildirib ki, əldə olunan nəticələr balıq yağı əlavələrinin Alzheimer xəstəliyinin profilaktikası məqsədilə istifadəsini dəstəkləmir. Alimlər hesab edirlər ki, omega-3 yağ turşularını qida əlavələrindən deyil, Aralıq dənizi tipli balanslaşdırılmış qidalanma vasitəsilə qəbul etmək daha faydalı ola bilər. Hazırda tədqiqatçılar omega-3-ün beyinə daxil olmasına baxmayaraq niyə idrak funksiyalarına müsbət təsir göstərmədiyini araşdırırlar.

Onların fikrincə, yaş, genetik xüsusiyyətlər, qidalanma vərdişləri və ümumi sağlamlıq vəziyyəti bu prosesdə mühüm rol oynaya bilər. Mütəxəssislər vurğulayırlar ki, beyin sağlamlığını qorumaq üçün ən təsirli üsullar hələ də müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və sağlam, balanslaşdırılmış qidalanmadır.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Yayda hansı rəng geyimlərə üstünlük verilməlidir? – İstidən qorunmağın yolları

İyun 29, 2026
Cəmiyyət

Bakıda zibili hələ də düzgün atmırlar – Vətəndaşlara ÇAĞIRIŞ

İyun 29, 2026
Cəmiyyət

Eyfel qülləsini ildırım vurdu

İyun 29, 2026
Cəmiyyət

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

İyun 29, 2026
Cəmiyyət

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

İyun 29, 2026
Cəmiyyət

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – VİDEO

İyun 29, 2026

XƏBƏR LENTİ

Yayda hansı rəng geyimlərə üstünlük verilməlidir? – İstidən qorunmağın yolları

29 İyun, 26 / 23:53

Balıq yağı yaddaşı gücləndirmir – YENİ ARAŞDIRMA

29 İyun, 26 / 23:40

Yeni həftədə bu bürcləri sürprizlər gözləyir

29 İyun, 26 / 23:19

Xoruldayan kişilər həyat yoldaşlarının ömrünü qısaldır – ARAŞDIRMA

29 İyun, 26 / 23:06

Bakıda zibili hələ də düzgün atmırlar – Vətəndaşlara ÇAĞIRIŞ

29 İyun, 26 / 22:51

Eyfel qülləsini ildırım vurdu

29 İyun, 26 / 22:37

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

29 İyun, 26 / 22:24

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

29 İyun, 26 / 21:33

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – VİDEO

29 İyun, 26 / 21:19

Azərbaycan nazirlərinin ixtisasları: Kim haranı bitirib?

29 İyun, 26 / 21:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.