• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – VİDEO

29 İyun, 26 / 21:19
A A

Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub.

Cagdas.az xəbər verir ki, xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub.

Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar.

Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq şəhər ətrafı ərazilərdə çoxlu sayda gölməçələr yaranıb, bu da qurbağalarıın çoxalma və inkişafı üçün əlverişli olub:
“Belə ki, aramsız yağan yağışlar nəticəsində gölməçələr qurumadığına görə qurbağaların qoyduğu kürülərin böyük əksəriyyəti inkişafını başa vura bilib. Son günlərdə çoxlu sayda müşahidə olunan qurbağalar Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoya bilir və əlverişli şərait yarandığından inkişaf edərək bala fərdlərə çevrilib.

Onların yağışdan sonra kütləvi şəkildə müşahidə olunmasının səbəbi gölməçələrdəki bala fərdlərin sel suları vasitəsilə ətrafa yayılmasıdır. Həm də naxışlı quru qurbağasının yetkin fərdləri əsasən quru ərazilərdə yaşamağa üstünlük verdiyi üçün bu mərhələdə onlara daha çox su hövzələrindən kənarda rast gəlmək olur.

Qeyd edim ki, bu qurbağaların belə kütləvi şəkildə görünməsi təbii haldır və heç bir təhlükəsi yoxdur. Çünki təbiətdə onların sayını tənzimləyən mexanizm mövcuddur”.(ölkə.az)

 

 

 

Bənzər Xəbərlər

Cəmiyyət

Balıq yağı yaddaşı gücləndirmir – YENİ ARAŞDIRMA

İyun 29, 2026
Cəmiyyət

Bakıda zibili hələ də düzgün atmırlar – Vətəndaşlara ÇAĞIRIŞ

İyun 29, 2026
Cəmiyyət

Eyfel qülləsini ildırım vurdu

İyun 29, 2026
Cəmiyyət

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

İyun 29, 2026
Cəmiyyət

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

İyun 29, 2026
Cəmiyyət

Azərbaycan nazirlərinin ixtisasları: Kim haranı bitirib?

İyun 29, 2026

XƏBƏR LENTİ

Balıq yağı yaddaşı gücləndirmir – YENİ ARAŞDIRMA

29 İyun, 26 / 23:40

Yeni həftədə bu bürcləri sürprizlər gözləyir

29 İyun, 26 / 23:19

Xoruldayan kişilər həyat yoldaşlarının ömrünü qısaldır – ARAŞDIRMA

29 İyun, 26 / 23:06

Bakıda zibili hələ də düzgün atmırlar – Vətəndaşlara ÇAĞIRIŞ

29 İyun, 26 / 22:51

Eyfel qülləsini ildırım vurdu

29 İyun, 26 / 22:37

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

29 İyun, 26 / 22:24

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

29 İyun, 26 / 21:33

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – VİDEO

29 İyun, 26 / 21:19

Azərbaycan nazirlərinin ixtisasları: Kim haranı bitirib?

29 İyun, 26 / 21:05

Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı mühüm mesaj

29 İyun, 26 / 20:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.