Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Hövsanda evlər sökülür – Kompensasiya veriləcək

Cəmiyyət

Paytaxtda Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası çərçivəsində Hövsan qəsəbəsində dəmir yolunun mühafizə zonasına düşən tikililərin sökülməsi prosesinə başlanılıb.

Cagdas.az xəbər verir ki, söküntü işləri Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dənizkənarı küçəsində aparılır.

Məlumata əsasən, sökülən tikililər və həyətyanı sahələrdə yerləşən bəzi tikinti elementləri, eləcə də ağaclar üçün kompensasiya ödənişləri həyata keçirilir. Fərdi yaşayış evlərinə görə verilən kompensasiyanın məbləği 1200 manat təşkil edir.

Qeyd edək ki, söküntü işləri başa çatdıqdan sonra bu istiqamətdə sürət qatarlarının hərəkəti təmin ediləcək. Dövlət Proqramına əsasən, təkcə Yeni Suraxanı–Hövsan deyil, Bakıxanov–Binə, Qala və Zabrat–Maştağa bağlar dəmir yolu xətlərinin də mərhələli şəkildə bərpası nəzərdə tutulur.(Musavat.com)