Fransanın paytaxtı Parisdə baş verən güclü tufan zamanı ildırım Eyfel qülləsinin zirvəsinə çaxıb.
Cagdas.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə güclü leysan və küləklə müşayiət olunan qasırğa zamanı baş verib.
Məlumata görə, tufan zamanı Eyfel qülləsinin zirvəsində küləyin sürəti saatda 104,8 kilometrə çatıb.
Pis hava şəraiti səbəbindən Paris yaxınlığındakı “Stad de Frans” stadionunda keçirilən reqbi üzrə Top-14 çempionatının final oyunu da yarımçıq dayandırılıb.
Bundan əlavə, Fransanın bəzi bölgələrində diametri 2-3 santimetr olan dolu yağıb.
Qeyd edək ki, ölkədə müşahidə olunan güclü tufan son günlər Avropanın bir çox ölkəsində temperaturun 40 dərəcəyə yaxınlaşdığı, bəzi yerlərdə isə bu həddi keçdiyi rekord istilərdən sonra başlayıb.(sfera.az)













