• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.8° Weather Columbus
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu dərmanlar bazardan dərhal yığışdırılır – RƏSMİ AÇIQLAMA

29 İyun, 26 / 18:17
A A

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədə dərman vasitələrinin dövriyyəsi, təhlükəsizliyi və keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı rəsmi açıqlama yayıb.

Cagdas.az xəbər veriri ki mərkəzdən verilən məlumata görə, “Dərman vasitələri haqqında” Qanuna əsasən, bəzi istisna hallar xaric, dövlət qeydiyyatına alınmayan preparatların idxalı, istehsalı və satışı qəti qadağandır. Yeni bir dərmanın ölkə bazarına daxil olması üçün istehsalçı və ya onun rəsmi nümayəndəsi AEM-ə müraciət etməlidir. Yalnız ciddi laborator sınaqlardan keçən preparatlar Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir və bu siyahı ictimaiyyət üçün tam açıqdır.

Mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq standartlı (GLP, ISO) laboratoriya təkcə yeni idxal olunan məhsulları deyil, həm də vətəndaşların müraciətləri əsasında şübhə doğuran bütün dərmanları yoxlayır. Eyni zamanda, apteklərdə, topdansatış mərkəzlərində və özəl xəstəxanalarda mütəmadi olaraq planlı və plandankənar yoxlamalar aparılır.

Bundan əlavə, dərman təhlükəsizliyini təmin etmək məqsədilə son illər tətbiq olunan “Dərman vasitələrinin təqib və izləmə sistemi” “Elektron resept” layihəsi ilə inteqrasiya edilib:

“Bu rəqəmsal nəzarət sistemi sayəsində daxta və qeydiyyatsız dərmanların satışı dərhal bloklanır, preparatların zavoddan aptek rəfinə qədər olan hərəkəti real vaxt rejimində izlənilir və hər hansı bir dərmanda qüsur tapılarsa, onun bazardan operativ geri çağırılması təmin olunur. Həmçinin ölkədə aktiv farmakonəzarət sistemi fəaliyyət göstərir. Əgər hər hansı bir preparatın vətəndaşlarda gözlənilməz əlavə təsiri qeydə alınarsa, həmin dərman təcili olaraq dövriyyədən çıxarılır və bu barədə ictimaiyyətə məlumat verilir”.

Analitik Ekspertiza Mərkəzi vətəndaşları özəl tibb müəssisələri və apteklərdə qarşılaşdıqları qanunsuzluqlar, o cümlədən şübhəli və qeydiyyatsız dərmanlarla bağlı aktiv olmağa çağırıb. (modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycan nazirlərinin ixtisasları: Kim haranı bitirib?

İyun 29, 2026
Cəmiyyət

Sükan arxasında telefonla danışan 11 min sürücü cərimələndi

İyun 29, 2026
Cəmiyyət

Metroda yay qrafikinə keçid edilir

İyun 29, 2026
Cəmiyyət

Müəllimlər sertifikasiya imtahanından azad olunacaqlar? – AÇIQLAMA

İyun 29, 2026
Cəmiyyət

Azərbaycanda dərmanlar niyə bahadır?

İyun 29, 2026
Cəmiyyət

Nazir vergi yoxlamaları ilə bağlı qərar imzaladı

İyun 29, 2026

XƏBƏR LENTİ

Azərbaycan nazirlərinin ixtisasları: Kim haranı bitirib?

29 İyun, 26 / 21:05

Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı mühüm mesaj

29 İyun, 26 / 20:51

Pezeşkian: ABŞ ilə razılaşma xalqımız üçün böyük qələbədir

29 İyun, 26 / 20:37

Sabah ABŞ-İran rəsmiləri görüşəcək

29 İyun, 26 / 19:12

Sükan arxasında telefonla danışan 11 min sürücü cərimələndi

29 İyun, 26 / 18:57

Metroda yay qrafikinə keçid edilir

29 İyun, 26 / 18:44

Müəllimlər sertifikasiya imtahanından azad olunacaqlar? – AÇIQLAMA

29 İyun, 26 / 18:31

Bu dərmanlar bazardan dərhal yığışdırılır – RƏSMİ AÇIQLAMA

29 İyun, 26 / 18:17

Azərbaycanda dərmanlar niyə bahadır?

29 İyun, 26 / 18:03

Nazir vergi yoxlamaları ilə bağlı qərar imzaladı

29 İyun, 26 / 17:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.