Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Nazir vergi yoxlamaları ilə bağlı qərar imzaladı

Cəmiyyət

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Cagdas.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda xüsusi notariuslarla yanaşı, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olan, lakin məcburi dövlət sosial sığorta haqları göstərməyən vergi ödəyicilərinin təhlili üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

Xüsusi notariusların gəlir vergisi bəyannaməsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə bölmələri, eləcə də xüsusi notariusların gəlir vergisi bəyannaməsinin əlavələri xüsusi icra məmurlarına da aid edilib.

Bundan başqa, xüsusi notariuslarda olduğu kimi, xüsusi icra məmurlarının gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı müəyyən edilən risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

Xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqları (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.

Xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqlarından (xərclər nəzərə alınmadan) və xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan verginin düzgün tutulması, gəlirin yoxlanması zamanı nəzərə alınacaq.(ölkə.az)