• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.6° Weather Columbus
$
1.7
€
1.9362
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Xameneinin dəfninə gedən liderlərin adları AÇIQLANDI

30 İyun, 26 / 18:10
A A

İranın mərhum ali lideri ayətullah Əli Xamenei ilə vida mərasimlərinə hazırlıq davam edir.

Çağdaş.Az xəbər verir ki, WANA agentliyinin məlumatına görə, bir neçə gün ərzində Tehran, Qum, Məşhəd və İraqın bir sıra şəhərlərində keçiriləcək tədbirlərdə region ölkələrindən yüksək vəzifəli şəxslər və nümayəndə heyətləri iştirak edəcəklər.

Məlumata görə, gələn həftə Türkmənistan Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Tehrana gedəcəyi gözlənilir. Həmçinin, prezident Mixeil Kavelaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin də vida və dəfn mərasimlərində iştirak edəcəyi bildirilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da matəm tədbirlərinə qatılmaq üçün İrana səfər etməyi planlaşdırır.

Məlumata görə, Qətər nümayəndə heyətinə böyük ehtimalla ölkənin əmiri rəhbərlik edəcək. Əgər onun proqramında dəyişiklik olarsa, nümayəndə heyətinə Qətərin baş naziri rəhbərlik edəcək.

Pakistan baş naziri Şahbaz Şərifin iyulun 3-də yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə İrana səfər edəcəyi gözlənilir.

Plana görə, Tehranda və Qumda keçiriləcək mərasimlərdən sonra Xameneinin nəşi İraqın dörd şəhərinə aparılacaq, daha sonra isə son dəfn üçün Məşhədə qaytarılacaq. Bu səbəbdən əvvəlcə İranda keçiriləcək mərasimlərə qatılmağı planlaşdıran bəzi xarici rəsmilər və zəvvarların İraqda keçiriləcək tədbirlərə qoşulmağa qərar verdiyi bildirilir.

İranın birinci vitse-prezidenti bəyan edib ki, xarici ölkələrdən yüksək səviyyəli qonaqlar və rəsmi nümayəndə heyətləri artıq cümə günündən etibarən ölkəyə gəlməyə başlayacaqlar. Onun sözlərinə görə, qonaqların qəbulu, mərasimlərdə iştirakı və İran rəsmiləri ilə ikitərəfli görüşlərinin təşkili üçün bütün zəruri tədbirlər görülüb.

Rəsmi proqram üzrə vətəndaşlar üçün Xamenei ilə vida mərasimi iyulun 4-də saat 06:00-da Tehrandakı İmam Xomeyni Musallası kompleksində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Dəfn namazının iyulun 5-i səhər qılınacağı bildirilir. Tehran, Qum və İraqdakı mərasimlərdən sonra mərhum liderin iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılması nəzərdə tutulur./Modern.az/

 

Bənzər Xəbərlər

Dünya

Hörmüz boğazı ilə bağlı mühüm qərar: Qətər yeni kanal yaratdı

İyun 30, 2026
Dünya

“Putin Paşinyanı qəbul etmir”

İyun 30, 2026
Dünya

Saatda beş ölüm: Bu şəhərlərin havası haqqında ŞOK hesabat

İyun 30, 2026
Dünya

Gümrüdəki Rusiya bazası bağlanır? - RƏSMİ CAVAB

 

İyun 30, 2026
Dünya

Bu ölkə milyonlarla işçi axtarır – Azərbaycanlılar üçün həlledici ŞƏRT

 

İyun 30, 2026
Dünya

Xameneinin müavini yol qəzasında həlak oldu

İyun 30, 2026

XƏBƏR LENTİ

Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

30 İyun, 26 / 20:24

Qadınların pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ - Sabahdan...

30 İyun, 26 / 20:09

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

30 İyun, 26 / 19:53

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

30 İyun, 26 / 19:37

İlham Əliyev bu qanunu təsdiqlədi SON DƏQİQƏ!

 

30 İyun, 26 / 19:22

Hörmüz boğazı ilə bağlı mühüm qərar: Qətər yeni kanal yaratdı

30 İyun, 26 / 19:09

Ürəyi səssizcə yoran 6 səhv: Kardioloq xəbərdarlıq etdi

30 İyun, 26 / 18:53

Əli Əsədov sərəncam imzaladı

30 İyun, 26 / 18:37

Doktoranturaya qəbul sistemi dəyişdirilməlidir – Nazir

30 İyun, 26 / 18:24

Xameneinin dəfninə gedən liderlərin adları AÇIQLANDI

30 İyun, 26 / 18:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.