Son dəqiqə
Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi

Qadınların pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ – Sabahdan…

Cəmiyyət

Sabahdan Azərbaycanda qadınların pensiya yaşı artırılacaq.

Referans Media  xəbər verir ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65  yaşa çatdırılacaq.

Qeyd edək ki,  “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.

Həmin qanuna görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ var.

Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Hazırda minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.

Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il – 2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu yaş həddi 30 iyun 2026-cı ilədək keçərlidir.

Yaş artımı ilə bağlı cədvəli təqdim edirik: