Son dəqiqə
Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

Cəmiyyət

Azərbaycanda uzun illər işləyərək fərdi hesabında pensiya kapitalı toplayan şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi tez-tez müzakirə olunan məsələlərdən biridir.

Çağdaş.Az xəbər verir ki, bu kapital bütün hallarda vərəsələrə nağd şəkildə ödənilmir.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, vəfat etmiş şəxsin topladığı pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ qazanan ailə üzvlərinin pensiyasının hesablanması zamanı nəzərə alınır. Yəni bu vəsait birbaşa bölüşdürülərək vərəsələrə verilmir, onların alacağı pensiyanın məbləğinin artmasına təsir edir.
Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna, o cümlədən, 18 yaşınadək uşaqlar, əyani təhsil alan övladlar 23 yaşınadək, eləcə də müəyyən hallarda həyat yoldaşı, valideynlər və digər ailə üzvləri malik ola bilərlər.

Ailə üzvləri əvvəlcə notariat qaydasında vərəsəlik hüququnu rəsmiləşdirməli, daha sonra isə qanunvericilikdə nəzərdə tutulan hallarda Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər.
Bundan başqa, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə dəfn xərclərinin qarşılanması məqsədilə birdəfəlik müavinət də ödənilir. Bu müavinətin məbləği vəfat tarixinə qüvvədə olan əmək pensiyasının minimum məbləğinin üç misli həcmində müəyyən edilir./Baku.ws/