• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Putin Paşinyana “böyük zərbə”yə hazırlaşır – İrəvanı qorxuya salan qonaq

01 İyul, 26 / 13:13
A A

“Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Ermənistana gözlənilən səfəri hakimiyyət daxilindəki bəzi dairələrdə də narahatlıq yaradıb”.

Çağdaş.Az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Bir neçə ay əvvəl Avropa forumunun keçirilməsindən və xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərindən sonra Rusiya ixrac məhdudiyyətləri formasında sanksiyalar tətbiq etmişdi. Hakim “Vətəndaş Müqaviləsi” komandasının bəzi ayıq düşüncəli üzvləri də bunu əvvəlcədən proqnozlaşdırmışdılar. İndi həmin şəxslər hesab edirlər ki, Leyenin səfərindən sonra Rusiya ikinci iri sanksiyalar paketini də tətbiq edə bilər”, – deyə qeyd edilib.

Bildirilir ki, iyulun 1-2-də baş tutacaq Avropa nümayəndə heyətinin səfəri parlament seçkilərindən sonra və Konstitusiya Məhkəməsinin qərarı açıqlanmamışdan əvvəl Nikol Paşinyana göstərilən xüsusi dəstək jestidir:

“Lakin bunun nəticələrini ilk növbədə sadə vətəndaşlar, xüsusən də sahibkarlar öz üzərində hiss edəcəklər”.

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 2026-cı il mayın 15-də daha əvvəl məhsullarının Rusiyaya tədarükü dayandırılmış bir sıra Ermənistan müəssisələrində yoxlamalar aparmaq niyyətində olduğunu açıqlayıb.

Mayın 30-da “Rosselxoznadzor” mənşəyi və göndərişi Ermənistan olan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin Rusiyaya idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. İyunun 2-dən qurum ölkədən tumlu meyvələrin – albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin, eləcə də üzümün idxalını məhdudlaşdırıb. İyunun 3-dən bu siyahı daha da genişləndirilib: alma, armud, badımcan, kartof və quru meyvələr əlavə edilib. İyunun 11-də “Rosselxoznadzor” Ermənistandan gətirilən bütün karantin nəzarətinə aid məhsulların idxalını qadağan edib.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 2-də Ermənistana səfər edəcək.

Səfər çərçivəsində o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Tərəflərin ikitərəfli münasibətlər, regional məsələlər və əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi bildirilir.

Erməni KİV-lərinin məlumatına görə, danışıqlardan sonra Ursula fon der Leyen və Nikol Paşinyan birgə bəyanatlarla çıxış edəcək, həmçinin media nümayəndələrinin suallarını cavablandıracaqlar./globalinfo

Bənzər Xəbərlər

Dünya

Bölgəyə hava hücumundan müdafiə sistemləri gətirildi – Türkiyə ətrafında nə baş verir?

İyul 1, 2026
Dünya

Tokayev xalqa müraciət etdi: Qazaxıstan tarixində yeni dövr başladı

 

İyul 1, 2026
Dünya

İsrail Qəzza və Qərb sahilində işğalı genişləndirir – yeni plan üzə çıxdı

İyul 1, 2026
Russia, Ukraine and NATO
Dünya

70 milyard avroluq yardım planında böhran – İtaliya NATO-nun qərarını ləngidir

İyul 1, 2026
Dünya

Yaxın Şərqdə gərginlik artır: Suriya İsraildən bu əraziləri tərk etməyi tələb etdi

İyun 30, 2026
Dünya

İranın milyardlarla dollarına çıxış mümkün olacaq? – Qətərlə yeni danışıqlar

İyun 30, 2026

XƏBƏR LENTİ

“WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi

01 İyul, 26 / 15:49

Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər

01 İyul, 26 / 15:21

Bu gündən sığortaolunanların sığortaçıda uçotu yeni qayda ilə aparılacaq

 

01 İyul, 26 / 15:07

Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal

01 İyul, 26 / 14:52

İlin sonuna qədər maaşlar artırılacaq? – VACİB AÇIQLAMA

01 İyul, 26 / 14:38

Bakıda “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti tədbiri uğurla baş tutub

01 İyul, 26 / 14:31

Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır

01 İyul, 26 / 14:23

“BakıKart”ın satış qiyməti ARTDI

01 İyul, 26 / 14:09

Bölgəyə hava hücumundan müdafiə sistemləri gətirildi – Türkiyə ətrafında nə baş verir?

01 İyul, 26 / 13:55

Sahibkarlara ŞAD XƏBƏR – 2027-ci ildən başlayır, dörd il davam edəcək – FOTO

01 İyul, 26 / 13:41
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.