Son dəqiqə
“29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq

“BakıKart”ın satış qiyməti ARTDI

Cəmiyyət

Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti artırılıb.

Çağdaş.Az xəbər verir ki, “BakıKart”ın yaydığı məlumata görə, yeni tarifə əsasən, kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb.

Bildirilib ki, “BakıKart” kartları 2015-ci ildən sərnişinlərin istifadəsinə verilib və ötən 11 il ərzində kartın satış qiyməti dəyişdirilməyib.

Məlumata görə, kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

Qeyd olunub ki, son illərdə ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda sərnişinlər “BakıKart”la yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil telefonlar və digər ağıllı cihazlar, eləcə də QR kod vasitəsilə ödəniş edə bilirlər.

“BakıKart” vurğulayıb ki, dəyişiklik yalnız yeni alınan kartların satış qiymətinə aiddir. Kartların balansında və ictimai nəqliyyatda tətbiq olunan gediş haqlarında isə hər hansı dəyişiklik nəzərdə tutulmur.