Son dəqiqə
“29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq

Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır

Cəmiyyət

Bu gündən Azərbaycanda iyul çağırışı başlayır.

Çağdaş.Az xəbər verir ki, bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış kampaniyasına start verilir.

Çağırış Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il mayın 20-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2026-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən həyata keçirilir.

Sərəncama uyğun olaraq, 2008-ci ildə anadan olmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, həmçinin 1996–2007-ci illərdə anadan olmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətdən azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəklər.