• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.3° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal

01 İyul, 26 / 14:52
A A

Xəbər verildiyi kimi, Aleksandr Alden ABŞ-nin Azərbaycandakı yeni səfiri ola bilər. O, Donald Tramp administrasiyasının müdafiə və immiqrasiya müqavilələri ilə əlaqəli böyük bir şirkət olan “Palantir”də işləyir və 25 milyon dollarlıq səhmə malikdir. Bu barədə NOTUS federal açıqlama sənədlərinə istinadla xəbər verib.

Bu ayın əvvəlində Tramp tərəfindən səfir vəzifəsinə namizəd göstərilən Alden 2021-ci ildən “Palantir”in baş məsləhətçisi vəzifəsində çalışıb. Əgər Azərbaycanda səfir kimi təsdiqlənərsə, Alden 90 gün ərzində “Palantir”dəki səhmlərini satmaq, şirkətdən istefa vermək və ödənilməmiş səhmlərindən imtina etmək öhdəliyini götürüb.

Alden “Palantir”də işləyərkən həm də dövlət katibi Marko Rubioya xüsusi dövlət işçisi kimi məsləhət verib. Dövlət Departamenti NOTUS-a bildirib ki, təsdiqlənərsə, Alden “etik müqaviləsinin bütün şərtlərinə tam əməl edəcək”.

Son maliyyə ilində “Palantir”, ICE ilə böyük texnologiya müqavilələri də daxil olmaqla, təxminən 1 milyard dollarlıq dövlət müqavilələri alıb. Şirkət, həmçinin, ABŞ-də qanunsuz olmaqda şübhəli bilinən miqrantları axtarmaq üçün proqram təminatı hazırlayıb. Bundan əlavə, “Palantir” ABŞ ordusunun İrana qarşı müharibənin ilk günlərində hədəfləri seçmək üçün istifadə etdiyi hərbi süni intellekt platforması Maven Smart Systems-i yaradıb. Bu ilin əvvəlində Tramp həmçinin şəxsən “Palantir” səhmləri ilə milyonlarla dollarlıq ticarət aparıb.

Bəs Konqresin ermənipərəst üzvləri bu məqamı (namizədin müdafiə nəhəngi “Palantir”lə əlaqəsi) əsas götürüb onun səfir təyinatına əngəl yarada bilərlərmi?

Deputat Elşad Musayev namizədin təsdiq olunacağını gözləyir. Onun fikrincə, Tramp dönəmində ermənilər Konqresə təsir edə bilməyib: “Hətta Bayden dövründə də onların fəallığı ciddi nəticə vermirdi. İndi isə ABŞ-dakı erməni lobbisinin təşəbbüsləri suya düşür. O baxımdan, səfir postuna namizədin bundan əvvəl hansı vəzifədə işləməsindən asılı olmayaraq, Senatda respublikaçıların üstünlüyü ilə təsdiqlənəcəyinə ümid edirəm”.

E.Musayev hesab edir ki, səfirin fəaliyyəti önəmlidir, lakin onsuz da Azərbaycan-ABŞ münasibətləri inkişafdadır: “Hazırda Cənubi Qafqazın heç bir ölkəsində amerikalı səfir yoxdur. Amma ABŞ-nin ən geniştərkibli diplomatik heyəti İraqdan sonra Ermənistandadır. Yəni səfirsiz belə ABŞ bu ölkədə təsir gücünü artırır və Rusiyanı sıxışdırır. Eləcə də Azərbaycanda Mark Libbinin gedişindən sonra səfir vəzifəsi boşdur, amma əlaqələrimiz yüksəlişdədir. Bu baxımdan, düşünürəm ki, yeni səfirin təyinatında ciddi problem olmamalıdır. Çünki əvvəllər erməni lobbisi keçmiş Qarabağ məsələsi üzərindən qərəzli şəkildə təyinata əngəl olmağa çalışırdı. Hazırda Azərbaycan və Ermənistan sülh dövrünə qədəm qoyub və səfirin kimliyi ciddi təftiş mövzusu olmamalıdır”./Musavat.com/

Bənzər Xəbərlər

Siyasət

Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – TƏSDİQLƏNDİ

İyul 1, 2026
Manşet

Prezident Luiza Arbura məktub ünvanladı

İyul 1, 2026
Manşet

Dövlət başçısı İlham Əliyev Somali Prezidentinə təbrik ünvanlayıb

İyul 1, 2026
Siyasət

Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı: Türkiyə və Rusiya da dəstəkləyir

İyul 1, 2026
Siyasət

Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

İyun 30, 2026
Manşet

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

İyun 30, 2026

XƏBƏR LENTİ

Hakan Fidandan Aİ-yə mesaj: Sizdən də bunu gözləyirik

01 İyul, 26 / 16:03

“WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi

01 İyul, 26 / 15:49

Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər

01 İyul, 26 / 15:21

Bu gündən sığortaolunanların sığortaçıda uçotu yeni qayda ilə aparılacaq

 

01 İyul, 26 / 15:07

Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal

01 İyul, 26 / 14:52

İlin sonuna qədər maaşlar artırılacaq? – VACİB AÇIQLAMA

01 İyul, 26 / 14:38

Bakıda “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti tədbiri uğurla baş tutub

01 İyul, 26 / 14:31

Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır

01 İyul, 26 / 14:23

“BakıKart”ın satış qiyməti ARTDI

01 İyul, 26 / 14:09

Bölgəyə hava hücumundan müdafiə sistemləri gətirildi – Türkiyə ətrafında nə baş verir?

01 İyul, 26 / 13:55
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.