Son dəqiqə
Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi

Xarici universitetlərdən yerdəyişmə etmək istəyən TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

Cəmiyyət

2026/2027-ci tədris ili üzrə xarici dövlətlərin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər.

Çağdaş.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhadətnamə xarici dövlətlərin ali təhsil müəssisələrində əldə edilmiş kvalifikasiyaların qismən akademik tanınmasını təsdiq edən sənəd hesab olunur.

“Qismən akademik tanınma haqqında şəhadətnamənin əldə edilməsi üçün müraciətlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim olunur.

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq sözügedən şəhadətnamənin əldə edilməsi üçün müraciət müddəti 7 iyul 2026-cı il saat 18:00-dək uzadılıb.

Qismən akademik tanınma haqqında şəhadətnaməni əldə edən tələbələr 13 iyul 2026-cı il saat 10:00-dan 19 iyul 2026-cı il saat 18:00-dək portal.edu.az platforması vasitəsilə müraciət edərək yerdəyişmə prosesində iştirak edə bilərlər.

Müraciət üçün tkta.edu.az saytına keçid edə bilərsiniz”, – məlumatda qeyd olunub.