Son dəqiqə
“29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq

Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər – Kimləri nə gözləyir?

Cəmiyyət

Bu gündən Azərbaycanda bir sıra dəyişikliklər tətbiq olunacaq.

Çağdaş.Az xəbər verir ki, dəyişikliklər nəqliyyat, sosial təminat, energetika və hərbi xidmət sahələrini əhatə edir.

Belə ki, bu gündən “BakıKart” kartının satış qiyməti 2 manatdan 3 manata yüksəlir.

Eyni zamanda, gücü 25-60 Vt olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Həmçinin qadınların pensiya yaşı da artırılır. Belə ki, pensiya yaşı 64 il 6 aydan 65 yaşa yüksəlir.

Bundan başqa, Bakı-Balakən qatarının vaxtı dəyişir. Yeni qrafikə əsasən, qatar Bakından saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.

İyulun 1-dən 30-dək hərbi xidmətə növbəti çağırış və ehtiyata buraxılma prosesi həyata keçiriləcək.