Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə oyunlar zamanı ən çox ofsayda düşən futbolçuların adları açıqlanıb.
Çağdaş.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu göstəricidə “Turan Tovuz”un hücumçusu İbrahima Vadji liderdir. Seneqallı forvard hər matçda orta hesabla 1 dəfə oyundankənar vəziyyətdə qalıb.
İkinci pillədə “Turan Tovuz”un digər futbolçusu Joarlem Santos qərarlaşıb. Onun orta göstəricisi 0,76 təşkil edib.
İlk “üçlüy”ü “Sabah”ın hücumçusu Coy Lens Mikels tamamlayıb. Almaniyalı futbolçu hər oyunda orta hesabla 0,67 dəfə ofsayda düşüb.
Siyahının növbəti pillələrində “Şamaxı”nın üzvü Kərim Rossi (0,59) və “Kəpəz”in futbolçusu Məqsəd İsayev (0,52) yer alıblar.
















