Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər.
Cagdas.az medicina.az-a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərzi ilə mümkündür.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko bunu belə izah edib:
“Uzunömürlülük qocalıqda deyil, 30, 40 və 50 yaşda – düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərzi vasitəsilə başlayır”.
















