Azərbaycanda bu ilin iyunda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 240 nəfər olub.
Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Qeyd olunub ki, onların 115 393 nəfəri yaşa, 13 538 nəfəri əlilliyə, 23 309 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
















