Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Türkiyənin müdafiə sənayesi ixracı rekord həddə çatıb

Cəmiyyət

Türkiyənin müdafiə və aviasiya sənayesi məhsullarının ixracı son bir ildə (2025-ci ilin iyunundan 2026-cı ilin mayınadək) 47,1 faiz artaraq 7,4 milyard dollardan rekord hədd olan 10,9 milyard dollara yüksəlib.

Cagdas.az  xəbər verir ki, məlumata görə, Türkiyə istehsalı olan hərbi təyinatlı məhsullar dünyanın 178 ölkəsinə ixrac edilib. İxracın əsas hissəsi – 6,2 milyard dolları (57,3 faizi) NATO-ya üzv dövlətlərin payına düşüb. Ən çox alış həyata keçirən ilk üç ölkə də NATO üzvləri olub.

Bildirilir ki, müdafiə sənayesi məhsullarının ixracı Türkiyə üçün digər sahələrlə müqayisədə daha yüksək gəlirlilik təmin edir. Belə ki, digər ixrac məhsullarında 1 kiloqramın orta ixrac dəyəri 1,62 dollar olduğu halda, müdafiə sənayesi məhsullarında bu göstərici təxminən 40 dəfə çox – 65,16 dollar təşkil edir.

Həmçinin vurğulanır ki, Türkiyə artıq NATO müttəfiqləri üçün yalnız silah tədarükçüsü deyil, eyni zamanda hərbi texnologiyalar hazırlayan və birgə istehsal layihələrində aparıcı rol oynayan ölkəyə çevrilib.(sfera.az)