Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Cəmiyyət

Yay mövsümündə artan sərnişin tələbatı nəzərə alınaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq.

Cagdas.az bildirir ki bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, əlavə reyslər çərçivəsində qatar bazar ertəsi və çərşənbə günləri saat 09:15-də Bakıdan Ağstafaya, çərşənbə axşamı və cümə axşamı günləri isə saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Sərnişinlər bu reyslər üçün biletləri 10 faiz endirimlə dəmir yolu kassalarından, ADY-nin rəsmi internet saytından və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar gündəlik əsasda fəaliyyətini davam etdirir.(sfera.az)