Son dəqiqə
“29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq

Paşinyan : “Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik”

Cəmiyyət

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan regional nəqliyyat kommunikasiyalarının açılması ilə bərabər, regionda köklü dəyişikliklərə səbəb olacaq daha bir strateji təşəbbüslə çıxış edib. Ermənistan hökumətinin başçısı ölkəsinin Azərbaycan və Türkiyə ilə birbaşa enerji inteqrasiyasına qoşulmasının vacibliyini rəsmən bəyan edib.

Cagdas.az xəbər verir ki, Nikol Paşinyan bu barədə paytaxt İrəvanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib. Özünün “Sülh kəsişməsi” layihəsinin perspektivlərindən danışan Baş nazir bildirib ki, regionda nəqliyyat və logistika əlaqələrinin blokadadan çıxarılması kontekstində enerji sahəsində də qarşılıqlı əlaqələrin genişləndirilməsi, o cümlədən Türkiyə və Azərbaycanla bu istiqamətdə birgə addımların atılması mühüm əhəmiyyət kəsb edir.

Paşinyan bu inteqrasiyanın həm siyasi, həm də iqtisadi dividend gətirəcəyinə işarə edərək əlavə edib: “Bu proses ilk növbədə yeni yüksək gərginlikli elektrik ötürücü xətlərinin və xüsusi birləşdirici infrastrukturun tikintisini əhatə edir. Belə bir addım həm regionun ümumi enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də beynəlxalq miqyasda böyük önəm verilən “yaşıl keçid” layihələrinin uğurla reallaşdırılmasına çox ciddi töhfə verə bilər”./Musavat.com