• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9359
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Xamenei burada dəfn olunacaq - VİDEO

02 İyul, 26 / 19:15
A A

İran hakimiyyəti ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimlərinin rəsmi proqramını açıqlayıb. İran dövlət mediasının, o cümlədən Tasnim agentliyinin yaydığı məlumata görə, vida mərasimləri 4 iyul tarixində Tehranda başlayacaq, son dəfn mərasimi isə 9 iyulda Xameneinin doğulduğu Məşhəd şəhərində keçiriləcək.

Çağdaş.Az Musavat.com-a istinadən bildirir ki, məlumata əsasən, 4-5 iyul tarixlərində Xameneinin cənazəsi Tehrandakı İmam Xomeyni Müsəllasında xalqın ziyarətinə açıq olacaq. 6 iyulda Tehranda kütləvi dəfn yürüşü təşkil ediləcək. 7 iyulda isə İranın digər müqəddəs dini mərkəzi olan Qum şəhərində anım mərasimi keçiriləcək. Bütün mərasimlər 9 iyulda Məşhəddəki İmam Rza ziyarətgahında dəfnlə yekunlaşacaq.

İranın kəşfiyyat qurumlarına bağlı olduğu bildirilən və azərbaycanca yayımlanan “Səhər” telekanalı da bununla bağlı xüsusi reportaj hazırlayıb. Reportajda Məşhəddə keçiriləcək dəfn mərasimlərinə hazırlıq, eləcə də İmam Rza ziyarətgahı ətrafında görülən təşkilati işlər nümayiş etdirilir. Yayımlanan görüntülərdən belə görünür ki, İran hakimiyyəti bu mərasimi təkcə dini mərasim deyil, həm də ölkə daxilində və xaricində siyasi birlik nümayişi kimi təqdim etməyə çalışır.

Ayətullah Əli Xamenei 28 fevral 2026-cı ildə İran-ABŞ-İsrail müharibəsinin ilk günündə Tehrandakı iqamətgahına endirilən hava zərbəsi zamanı həlak olub. İran dövlət mediası onun ölümünü ertəsi gün rəsmən təsdiqləyib. Hücum nəticəsində Xameneinin yaxın ailə üzvlərindən bir neçəsinin də həyatını itirdiyi, oğlu Müctəbanın isə yaralandığı barədə məlumatlar yayılıb.

İslam qaydalarına görə, meyitin mümkün qədər tez, adətən 24 saat ərzində dəfn olunması tövsiyə edilsə də, İran hakimiyyəti müharibə şəraiti və təhlükəsizlik səbəblərini əsas gətirərək dəfn mərasimini bir neçə ay təxirə salıb. Rəsmi mənbələr bu qərarın təhlükəsizlik riskləri və genişmiqyaslı dövlət mərasiminin hazırlanması ilə əlaqədar verildiyini bildirirlər.

İran rəsmilərinin açıqlamalarına görə, dəfn mərasimində milyonlarla insanın iştirakı gözlənilir. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb, Tehran, Qum və Məşhəddə xüsusi təhlükəsizlik planı tətbiq olunub.

Bənzər Xəbərlər

Dünya

Rusiya neftindən tam imtina edirlər

İyul 2, 2026
Dünya

Kremldən Avropaya sərt xəbərdarlıq: "Bunu görməməzlikdən gələ bilmərik"

İyul 2, 2026
Dünya

Tokayev investorlara çağırış etdi: Qazaxıstan kritik minerallar və AI dövrünə hazırdır

İyul 2, 2026
Dünya

İran-ABŞ danışıqlarının növbəti mərhələsi iyulun 18-də başlayacaq

İyul 2, 2026
Japan's Prime Minister Sanae Takaichi, left, and Indian Prime Minister Narendra Modi pose for a photograph at a ceremonial reception for her at the Rashtrapati Bhavan in New Delhi, India, Thursday, July 2, 2026. (AP Photo/Manish Swarup)
Dünya

Yaponiya və Hindistan strateji ittifaqı gücləndirir – Çinə qarşı yeni addım

 

İyul 2, 2026
Dünya

285 azərbaycanlı Avropanı tərk etməyə məcbur edildi

İyul 2, 2026

XƏBƏR LENTİ

Türkiyənin müdafiə sənayesi ixracı rekord həddə çatıb

02 İyul, 26 / 21:56

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

02 İyul, 26 / 21:39

Rusiya neftindən tam imtina edirlər

02 İyul, 26 / 21:27

Günəşin son 10 ildə atdığı ən böyük “bomba” – Bu tarixdə Yerə çatacaq

02 İyul, 26 / 21:12

Kremldən Avropaya sərt xəbərdarlıq: "Bunu görməməzlikdən gələ bilmərik"

02 İyul, 26 / 20:54

Enerji sektorunda inqilab: Çin süni intellektlə istehsalı dəyişir

02 İyul, 26 / 20:39

Tokayev investorlara çağırış etdi: Qazaxıstan kritik minerallar və AI dövrünə hazırdır

02 İyul, 26 / 20:22

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur

02 İyul, 26 / 20:05

Azərbaycana gələn turistlərin xərcləri 281 milyon manata yaxın azalıb

02 İyul, 26 / 19:47

Xamenei burada dəfn olunacaq - VİDEO

02 İyul, 26 / 19:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.