Bazar, 27 sentyabr 2026
Təcili
Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir İlham Əliyev: “Bu gün 2 mühüm sənəd imzalanacaq” Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Azərbaycan Prezidenti: “Ölkəmizdə çox yaxşı investisiya mühiti var” İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir Qaradağ rayonunda vulkan püskürüb – VİDEO Marsda qədim isti su izləri tapıldı Makron Məkkə ilə Mədinə barədə qərar verdi Paşinyanın partiyası deputatı sıralarından xaric etməyə hazırlaşır
İqtisadiyyat

Azərbaycana gələn turistlərin xərcləri 281 milyon manata yaxın azalıb

0

Bu ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib.

Çağdaş.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % azdır.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 5 ay ərzində nəqliyyata 430 milyon 928,8 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,3 % azalıb.

Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32 % azalaraq 171 milyon 750,2 min manat təşkil edib.

Turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1 % azdır.

Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 20 % azalaraq 5 milyon 489,4 min manat olub.

Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8 % azalıb.

Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7 %), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9 %), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1 % ) xərclənib.

Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 8,9 % azalaraq 283 milyon 455,9 min manat təşkil edib.

Türkiyədən gələn turistlərin xərcləri 126 milyon 424,8 min manat olub ki, bu da illik müqayisədə 2 % azalıb. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 52 milyon 729,2 min manata düşüb.

Bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Məlumata görə, gələnlərin 27,2 %-i Rusiya, 22 % i Türkiyə, 8,4 %-i İran, 5 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,3 %-i Çin, 2 %-i İsrail, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,8 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 69,6 %-ni kişilər, 30,4 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 % artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3 % artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 % azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 % azalaraq 385,8 min nəfər olub.

Ölkəyə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.