Son dəqiqə

İran-ABŞ danışıqlarının növbəti mərhələsi iyulun 18-də başlayacaq

Dünya

Tehran və Vaşinqton nümayəndələri arasında danışıqların növbəti mərhələsi iyulun 18-də başlayacaq.

Cagdas.az  xəbər verir ki, bu barədə “Al Hadath TV” telekanalı məlumat yayıb.

Televiziya yayımçısının yüksək vəzifəli mənbəsinin sözlərinə görə, İran-ABŞ dolayı danışıqlarının növbəti mərhələsi 18 iyulda başlayacaq.

İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeri hələlik açıqlanmayıb.(sfera.az)