Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Təhsil krediti alan 120-yə yaxın tələbə təhsilini yarımçıq qoyub

Cəmiyyət

Təhsil Tələbə Krediti Fondundan kredit götürən tələbələr arasında təhsilini yarımçıq qoyanların sayı təxminən 120 nəfər təşkil edir.

Cagdas.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov AzEdu.az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Fondun fəaliyyət göstərdiyi müddətdə təhsil tələbə kreditləri mexanizmi on minlərlə gəncin təhsilini davam etdirməsinə imkan yaradıb.

Bəhruz Əzimov qeyd edib ki, mexanizmin effektivliyi kredit alan tələbələr arasında təhsilini yarımçıq qoyanların sayının çox aşağı olması ilə də özünü göstərir.

“Mexanizmin işlək olması isə on minlərlə tələbə arasında təhsilini yarımçıq qoyanların sayının təxminən 120 nəfər civarında olması ilə bir daha özünü göstərir”, – deyə o vurğulayıb.

Fond sədri əlavə edib ki, maddi çətinliklər gənclərin ali təhsildən imtina etməsi üçün səbəb olmamalıdır. Onun sözlərinə görə, dövlət tərəfindən yaradılan təhsil tələbə krediti mexanizmi maliyyə imkanları məhdud olan gənclərin də ali təhsil almasına və öz potensialını reallaşdırmasına şərait yaradır.(modern.az)