Bir vaxtlar “20 Yanvar” dairəsinin alt keçidində (metro stansiyasının giriş-çıxışı – red.) fəaliyyət göstərən ticarət köşkləri uzun müddətdir ki, bağlıdır. Səbəbi isə məlum deyil.
Cagdas.az Xəzər TV-yə istinadla xəbər verir ki, obyektlərin niyə fəaliyyət göstərmədiyi və gələcək aqibəti ilə bağlı heç bir məlumat yoxdur.
Sakinlər düşünür ki, 2 ildir bağlı qalan obyektlərin taleyi ilə əlaqəli qeyri-müəyyənlik aradan qaldırılmalıdır.
Daha ətraflı videomaterialda:(referans media)

















