Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Azərbaycan nəqliyyat investisiyalarında 32 ölkə arasında birincidir

Cəmiyyət

Beynəlxalq Nəqliyyat Forumu (BNF) nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma aparıb və Statistik Məlumat Bülleteni dərc edib. Hesabata əsasən, Azərbaycan bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payına görə birinci yerdə qərarlaşıb.

Cagdas.az xəbər veriri ki bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-2024-cü illər üzrə Azərbaycanın daxili nəqliyyat infrastrukturuna investisiyaları ÜDM-in orta hesabla 3,5 faizini təşkil edib. Azərbaycan, Çin, Şimali Makedoniya, Serbiya kimi ölkələr ÜDM-in 2 faizdən çoxunu nəqliyyat infrastrukturuna yönəldərək beynəlxalq standartlara uyğun nəqliyyat şəbəkələrinin qurulması və genişləndirilməsi mərhələsindədir.

Hesabatda Azərbaycanın uzunmüddətli investisiya dinamikası da müsbət qiymətləndirilib. Belə ki, 2012-2014-cü illərlə müqayisədə 2022-2024-cü illərdə nəqliyyat infrastrukturuna investisiyaların ÜDM-də payı 0,6 faiz artıb. Bu, Azərbaycanın son 10 ildə nəqliyyat infrastrukturuna yatırımları davamlı şəkildə artıran ölkələrdən biri olduğunu göstərir.

BNF son 10 ildə dəmir yolu infrastrukturuna yatırılan investisiyaların artımını da təhlil edib. Araşdırmaya görə, 32 ölkədən 20-sində dəmir yoluna ayrılan investisiyaların payı yüksəlib. Azərbaycanın bu sahədəki göstəricisi daha sabit dəyişir.

Araşdırmada vurğulanıb ki, inkişaf etmiş ölkələrin əksəriyyətində yeni nəqliyyat infrastrukturuna ehtiyac azaldığı üçün bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payı 1 faizdən aşağıdır. Bunun əksinə olaraq, Azərbaycan yüksək investisiya səviyyəsinə malikdir. Genişmiqyaslı nəqliyyat və logistika layihələri, müasir infrastrukturun qurulması təşəbbüsləri beynəlxalq statistik hesabatlarda da əksini tapır.(modern.az)

1532246

1532245