Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Naxçıvanda hərbi vəzifəlilərin təlimi keçirildi – VİDEO

Cəmiyyət
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb.

Cagdas.az xəbər veriri ki Müdafiə nazirliyindən  verilən məlumata görə, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq qəbul məntəqəsində hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra onların işgüzar və mənəvi-psixoloji keyfiyyətləri öyrənilib, hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin ediliblər.

Şəxsi heyətlə məsuliyyətliliyin formalaşdırılması istiqamətində  maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri, eləcə də təhlükəsizlik qaydaları çatdırılıb.

Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, müasir döyüşün xüsusiyyətlərinə uyğun ümumqoşun və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, atıcı silahlardan və əl qumbaraatanlarından praktiki atış çalışmaları yerinə yetirilib.

Təlimin sonunda toplanış müddətində fərqlənənlər həvəsləndirilib.(ölkə.az)