Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır -VİDEO

Cəmiyyət

Bakıda piyadalar üçün nəzərdə tutulan pilləkən bəzi sürücülərə gözlənilməz maneə yaradır. Nəticədə avtomobillər pilləkəndən aşağı düşərək qəzaya uğrayır.

Cagdas.az  Xəzər TV-yə istinadən bildirir ki, sürücülər üçün təhlükə mənbəyinə çevrilən ərazi paytaxtın Yasamal rayonu, Kamal Rəhimov küçəsindədir.

Çoxbərtəbəli binanın qarşısındakı yolun sonunda piyadalar üçün pilləkən var. Sakinlər deyirlər ki, ay ərzində ən azı 5-10 avtomobil sürücüsü həmin pilləkəni görməyib hərəkətlərini davam etdirirlər ki, nəticədə aşağı düşürlər.

Sakinlər onu da əlavə etdilər ki, qəzaların baş verməsinə ən çox səbəb bu hissədə olan pilləkənlərin aydın görünməməsidir. Xüsusən ərazidən tez-tez istifadə etməyən sürücülər küçənin sonunda pilləkən olduğunu bilmirlər.

Onlar belə hadisələrin qarşısının alınması üçün aidiyyəti qurumlardan pilləkənin yaxınlığında önləyici tədbirlərin görülməsini təklif edirlər.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin yerə baxılıb və təhlükəni aradan qaldırmaq məqsədi ilə əraziyə dirəklər basdırılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.(musavat.com)