Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Sürücülük vəsiqəsi almaq istəyənlərə ŞAD XƏBƏR: Bundan sonra…

Cəmiyyət

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçün tələb olunan tibbi arayışın qüvvədə olma müddətinin cəmi 30 gün müəyyən edilməsi vətəndaşlar üçün böyük çətinlik yaradırdı. İmtahandan kəsilən və ya növbəti mərhələyə qatılmaq istəyən şəxslər hər dəfə yenidən rentgen, laborator analizlər və bütün tibbi prosedurlardan keçmək məcburiyyətində qalırdılar.

Çağdaş.Az xəbər verir ki, qeyd edək ki, bu aktual problem Musavat.com-un da diqqət mərkəzində olub və saytımızda məsələ ilə bağlı silsilə materiallar yayımlanıb. Problemin ictimailəşdirilməsi və vətəndaşların haqlı təkliflərinin gündəmə gətirilməsi istiqamətində hazırladığımız xüsusi reportajları aşağıdakı linklərdən oxuya bilərsiniz:
​Məsələnin aktuallığını nəzərə alaraq, Musavat.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) rəsmi açıqlama verilib.

TƏBİB-dən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 4 avqust 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Təlimatın 5.6.5-ci yarımbəndinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən şəxs nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayışı təqdim etməlidir.

Rəsmi cavabda daha sonra qeyd olunur:

​”Qanunvericilikdə sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti birbaşa tənzimlənmədiyindən yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin tibbi arayışın etibarlılıq müddəti 30 (otuz) gün olaraq müəyyən edilib.

​Tibbi arayışın qüvvədə olma müddətinin qısa olması səbəbindən vətəndaşların bir çox hallarda təkrar tibbi müayinələrdən, o cümlədən rentgen və laborator analizlərdən keçməyə məcbur qalmasını diqqətə alaraq, sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti ilə bağlı məsələyə yenidən baxılmış və həmin müddət artırılaraq 60 (altmış) gün müəyyən edilib”.

Beləliklə, aparılan müzakirələr və ictimai qınaq öz bəhrəsini verib – vətəndaşları vaxt və maliyyə itkisinə salan 30 günlük məhdudiyyət artıq 2 aya (60 günə) qaldırılıb.