Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Azərbaycanın yeni qırıcıları səmaya qalxdı – VİDEO

Cəmiyyət

Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

Müdafiə Nazirliyindən Çağdaş.Az-a verilən xəbərə görə, əvvəlcə uçuş heyətinin sağlamlıq vəziyyəti yoxlanılıb, təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra aviasiya vasitələrinə baxış keçirilib.

Sonra təlim-məşq planına əsasən, “JF-17C” (Block-III), “Su-25ML”, “Su-25” və “L-39” tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib.

​Təlimlərdə pilotlar fərdi və qrup şəklində uçuşlar edərək hava məkanında qarşılıqlı fəaliyyət, şərti döyüş tapşırıqlarının və taktiki manevrlərin icrası, hədəflərin aşkarlanaraq məhv edilməsi, eləcə də xüsusi hallarda düzgün qərar qəbul etmə üzrə bacarıqlarını inkişaf etdiriblər.

​Uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədilə keçirilən təlim-məşqlərdə əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.