Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

Cəmiyyət

Paytaxtın ümumi təhsil müəssisələrində çalışan və 2026-cı ildə keçirilən təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiyalar yaradılıb.

BŞTİ-dən Çağdaş.Az-a verilən xəbərə görə, komissiyalar 06-31 iyul tarixlərində fəaliyyət göstərəcək.

Bildirilib ki, komissiyaya müraciət etmək istəyən şəxslər həftənin I-IV günləri saat 09:30-dan 13:00-dək şəxsiyyət vəsiqələri ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yaxınlaşa bilərlər.

Qeyd olunub ki, komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.