• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Columbus
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Arzum”u İlkin Süleymanovla nə birləşdirir? – Rezonans doğuran DETALLAR

07 İyul, 26 / 12:58
A A

Tiktoker İlduzə Hacıyeva (“Arzum999”) barəsində çıxarılan həbs hökmü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qərarla bağlı etirazlar səsləndirilir. Sosial şəbəkələrdə bu hökm Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum olunan İlkin Süleymanova verilən cəza ilə müqayisə edilir. Bir çox istifadəçi hər iki qərarın ədalətli olmadığını bildirir və ictimai narazılıqla qarşılanır.

Bu iki iş üzrə verilən hökmləri cəmiyyət niyə qəbul etmir? Etiraza səbəb nədir?

Çağdaş.Az xəbər verir ki ,Globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, bu, həmin qərarın hüquqi qüvvəsinə və nəticələrinə birbaşa təsir göstərmir:

“Azərbaycan hüquqi dövlətdir və məhkəmələr qərar qəbul edərkən ictimai rəyi deyil, qanunun tələblərini, sübutları və iş üzrə müəyyən edilmiş faktiki halları rəhbər tutmalıdır. İctimai rəyin formalaşmasında yayılan məlumatların xarakteri mühüm rol oynayır. Xüsusilə rezonans doğuran cinayət işlərində rəsmi təsdiqini tapmamış məlumatların geniş yayılması insanların hadisəyə münasibətinə ciddi təsir göstərir. Buna görə də belə hallarda hüquq-mühafizə orqanlarının və məhkəmələrin rəsmi açıqlamalarına istinad etmək daha düzgün yanaşmadır.

Məsələn, İlkin Süleymanovla bağlı cinayət işi zamanı sosial şəbəkələrdə və müxtəlif platformalarda bir-biri ilə ziddiyyət təşkil edən çoxsaylı məlumatlar yayıldı. Mərhum Nərminin ailə üzvlərinin müxtəlif vaxtlarda səsləndirdiyi fərqli fikirlər, İlkin Süleymanovun yaxınlarının açıqlamaları və hadisə ilə prosessual əlaqəsi olmayan şəxslərin şərhləri cəmiyyətdə ciddi informasiya qarışıqlığı yaratdı. İnsan psixologiyasında isə ilk əldə olunan informasiya daha güclü təsir göstərdiyindən, sonradan təqdim edilən rəsmi məlumatlar belə həmin təsəvvürü dəyişməkdə çətinlik çəkir”.

Hüquqşünas bildirib ki, eyni yanaşma “Arzum” ilə bağlı yol-nəqliyyat hadisəsinə də aiddir:

“Hadisə ictimai rezonans doğurduğu üçün sosial şəbəkələrdə müxtəlif mövqelər formalaşdı. Xanım tiktokeri izləyən və ona simpatiya bəsləyən şəxslər onun mövqeyini müdafiə edən paylaşımlar etdilər ki, bu da digər insanların hadisəyə münasibətinə təsir göstərdi. Lakin yol-nəqliyyat hadisələrinə hüquqi qiymət sosial şəbəkələrdə yayılan videolar və şərhlər əsasında yox, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları, şahid ifadələri və digər sübutlar əsasında verilir. Kənardan baxan şəxs nəqliyyat vasitələrinin bir-birinə toxunmadığını düşünə bilər. Ancaq bu, avtomatik olaraq hüquqi məsuliyyətin olmadığı anlamına gəlmir. Yol hərəkəti qaydalarının pozulması nəticəsində qəza şəraitinin yaradılması da hüquqi məsuliyyət yarada bilər və buna hüquqi qiyməti ekspertiza verir. Bu hadisədə cəmiyyətin diqqətini daha çox çəkən məqamlardan biri qəzadan sonra hadisə yerinin tərk edilməsi, ölkədən çıxması ilə bağlı yayılan məlumatlar və sosial şəbəkələrdə paylaşdığı görüntülər oldu. Bu hallar cəmiyyətin bir hissəsində narazılıq yaratdı və mərhumun yaxınlarının reaksiyasını gücləndirdi. Lakin həmin hallara hüquqi qiyməti yalnız məhkəmə verə bilər”.

Xəyal Bəşirov qeyd edib ki, insanların hadisələrə emosional reaksiya verməsi təbiidir:

“Amma məhkəmə qərarları ictimai rəydən yox, qanunun tələblərindən irəli gəlməlidir. Əks halda, məhkəmələr qanuna deyil, ictimai təzyiqə əsasən qərar vermək məcburiyyətində qalar ki, bu da ədalət mühakiməsinin mahiyyətinə ziddir. Bu baxımdan hesab edirəm ki, məhkəmənin əsas vəzifəsi cəmiyyətin gözləntilərini yox, qanunun tələblərini rəhbər tutmaqdır. Qərarların hüquqa, sübutlara və ədalət prinsipinə əsaslanması onların ictimai rəylə üst-üstə düşməsindən daha vacibdir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Prezidentin yüksək vəzifə verdiyi Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

 

İyul 7, 2026
Cəmiyyət

Təhsil işçilərinə sevindirici xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq

İyul 7, 2026
Cəmiyyət

Valideynlərin diqqətinə! Qəfil uşaq ölümlərinin səbəbləri açıqlandı - Bu simptomlar varsa...

İyul 7, 2026
Cəmiyyət

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Çox güclü olacaq

İyul 7, 2026
Cəmiyyət

AZAL təcili açıqlama yaydı

İyul 7, 2026
Cəmiyyət

7 iyul saat 11:00-dan etibarən başlayacaq

İyul 7, 2026

XƏBƏR LENTİ

Zelenski Ankaradadır - VİDEO

07 İyul, 26 / 16:17

ABŞ Prezidentinin təyyarəsi Ankaraya endi

07 İyul, 26 / 15:57

Bu gün Türkiyədə NATO-nun 36-cı zirvə görüşü başlayır

07 İyul, 26 / 15:40

Ankarada tarixi NATO Zirvəsi başlayır – Milyardlarla dollarlıq müdafiə sazişləri açıqlanacaq

 

07 İyul, 26 / 15:24

Elnarə Şirməmmədova həbs olundu

07 İyul, 26 / 15:09

Minlərlə insan eyni anda izlədi: Trampın Türkiyə səfəri belə başladı

 

07 İyul, 26 / 14:52

DİQQƏT: Bu telefonlar gələn ildən işləməyəcək

 

07 İyul, 26 / 14:36

Prezidentin yüksək vəzifə verdiyi Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

 

07 İyul, 26 / 14:21

Bu şəxslərə birdəfəlik sığorta ödənişi veriləcək

07 İyul, 26 / 14:06

“Ebola” bəlası – virusu missioner xəstəxanasından kənara rahiblər yayıb

07 İyul, 26 / 13:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.