Son dəqiqə
Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur Ermənilərlə universitet yaratsaq alimlərimiz birləşib tarixi saxtalaşdırar

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə son oxunuşda QƏBUL EDİLDİ

Cəmiyyət

Azərbaycanda ümumi təhsil sahəsində dövlət siyasəti millilik və dünyəvilik prinsipləri əsasında həyata keçiriləcək.

Çağdaş.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi hesab ediləcək.

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim ilə bağlı tələbələr müəyyən ediləcək. Bu tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Təklif edilən dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır.

Valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində (qəyyumluğunda və himayəsində övladları ya olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.(Bizim.Media)