• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25° Weather Columbus
$
1.7
€
1.9405
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycana gətirilən gizli kameraların sirri

08 İyul, 26 / 15:59
A A

Bu cür məhsulların satışı və istifadəsi qanunidirmi?
Azərbaycanda gizli kameraların satışı və istifadəsi qanunla qadağan olunub. Amma sosial şəbəkələrdə mini kameraların satışı ilə bağlı reklamlara tez-tez rast gəlinir. Məhsuldan da aydın görünür ki, bu qurğular əsasən gizli çəkilişlərin həyata keçirilməsi üçün nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, texnologiyanın sürətli inkişafı ilə birlikdə müşahidə vasitələrinin də ölçüləri kiçilib, imkanları isə xeyli artıb. Bir neçə santimetr ölçüsündə olan kameralar yüksək keyfiyyətli görüntü çəkə, səsi yaza və əldə olunan məlumatları internet vasitəsilə başqa məkana ötürə bilir. Bu isə onların qanunsuz dinləmə, şantaj, şəxsi məlumatların oğurlanması və digər cinayət məqsədləri üçün istifadəsini asanlaşdırır.

Bəs bu cür kameraların satışı və istifadəsi qanunidirmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər texnologiyanın sürətli inkişafı hüquq-mühafizə orqanları qarşısında yeni çağırışlar yaradıb: “Azərbaycan qanunvericiliyi gizli şəkildə informasiya əldə etmək üçün xüsusi hazırlanmış texniki vasitələrin dövriyyəsinə və istifadəsinə təsadüfi deyil ki, ciddi məhdudiyyətlər qoyur. Burada əsas məsələ kameranın ölçüsü deyil, onun təyinatı və kamuflyaj olunmuş formada insanların xəbəri olmadan məlumat toplamaq üçün hazırlanmasıdır. Məsələn, adi təhlükəsizlik kamerası, avtomobil videoregistratoru və ya mobil telefonun kamerası qanunsuz hesab edilmir. Ancaq qələm, eynək, divar saatı, elektrik adapteri, düymə, avtomobil açarı və ya digər məişət əşyası formasında gizlədilmiş çəkiliş qurğuları artıq xüsusi texniki vasitə kimi qiymətləndirilə bilər. Belə vasitələrin qanunsuz satışı, əldə edilməsi və istifadəsi Azərbaycan qanunvericiliyi ilə qadağandır”.

Natiq Ələsgərov deyib ki, kamuflyaj olunmuş qurğular daha çox ailədaxili mübahisələrdə, iş yerlərində əməkdaşların gizli izlənilməsi, biznes rəqabətində məlumat toplamaq, şantaj, şəxsi həyatın izlənilməsi, habelə müxtəlif cinayət xarakterli məqsədlər üçün istifadə olunur: “Bəzi hallarda şəxslər bu cihazları təhlükəsizlik məqsədilə aldıqlarını bildirsələr də, onların gizli məlumat toplamaq üçün nəzərdə tutulmuş texniki vasitə olması hüquqi qiymətləndirmə zamanı əsas meyar olaraq qalır. Sosial şəbəkələrdə və müxtəlif internet platformalarında belə cihazların açıq şəkildə reklam olunması isə onların qanuni olması anlamına gəlmir. İnternetdə hər hansı məhsulun sərbəst satılması onun Azərbaycan qanunvericiliyinə uyğun dövriyyədə olması demək deyil. Bir çox hallarda satış elanları xarici platformalar üzərindən yerləşdirilir və onların inzibati qaydada aşkarlanaraq bloklanması müəyyən vaxt tələb edir. Ən çox müzakirə olunan məsələlərdən biri də bu qurğuların ölkəyə necə gətirilməsidir. Xarici internet mağazalarından fərdi sifarişlə alınan məhsullar da gömrük nəzarətindən keçir. Gömrük orqanlarında risk analiz sistemi və texniki nəzarət vasitələri mövcuddur. Əgər bağlamada gizli şəkildə informasiya toplamaq üçün nəzərdə tutulmuş xüsusi texniki vasitə aşkarlanarsa, həmin məhsulun ölkəyə buraxılmasına icazə verilməyə və materiallar hüquq-mühafizə orqanlarına göndərilə bilər. Vətəndaşların bilməli olduğu mühüm məqam ondan ibarətdir ki, “mən qanunu bilmirdim” arqumenti əksər hallarda hüquqi məsuliyyəti aradan qaldırmır. Şəxs sifariş etdiyi məhsulun texniki xüsusiyyətlərini və təyinatını əvvəlcədən araşdırmağa borcludur. Xüsusilə də məhsulun reklamında onun gizli çəkiliş və ya gizli dinləmə üçün nəzərdə tutulduğu açıq şəkildə göstərilirsə, sonradan məlumatsızlıq iddiası hüquqi baxımdan inandırıcı hesab edilmir. Gizli kameraların qanunsuz satışı və istifadəsi şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır. Azərbaycan Konstitusiyası hər bir vətəndaşın şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. İnsanların razılığı olmadan onların şəxsi məkanında gizli çəkiliş aparılması bu hüququn pozulması kimi qiymətləndirilə bilər. Texnologiyanın inkişafı ilə yanaşı, vətəndaşların rəqəmsal hüquqlarının qorunması da böyük əhəmiyyət kəsb edir. Məhz buna görə dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da gizli müşahidə vasitələrinin qanunsuz istifadəsinə qarşı sərt hüquqi mexanizmlər tətbiq edilir. Cihazın kiçik olması onu avtomatik olaraq qanunsuz etmir. Əsas meyar onun gizli məlumat toplamaq məqsədilə kamuflyaj olunması və istifadə edilməsidir. Məsələn, qələm formasında kamera və ya divar saatına yerləşdirilərək, eləcə də eynək və ya düymə formasında çəkiliş aparan qurğular insanların xəbəri olmadan şəxsi həyatın izlənilməsi üçün istifadə olunduqda qanun pozuntusu hesab edilə bilər”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 15 avqust 2000-ci il tarixli 139-6 nömrəli qərarının 20-ci bəndinə əsasən, eni, uzunluğu və qalınlığı 50 mm-dən az olan, video və ya audio məlumatların gücləndirilməsi, işlənməsi, yazılması və saxlanılması üçün nəzərdə tutulan xüsusi texniki vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilməsinə görə məsuliyyət yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən, gizli şəkildə informasiya almaq üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz olaraq istehsalı, satışı və ya istifadəsi 2000 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Balakən və Zaqatalanı sel apardı

İyul 8, 2026
Cəmiyyət

Nazirliklərdə yeni müavin postlarının pərdəarxası

İyul 8, 2026
Cəmiyyət

Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq - VİDEO

İyul 8, 2026
Cəmiyyət

Naxçıvanın yeni statusu erməniləri qorxuya saldı

İyul 8, 2026
Cəmiyyət

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

İyul 7, 2026
Cəmiyyət

Rusiyada azərbaycanlı miqrantlar üçün YENİ DÖVR

 

İyul 7, 2026

XƏBƏR LENTİ

UEFA Konfrans Liqası: “Zirə” “Torpedo Kutaisi”yə qarşı

08 İyul, 26 / 16:16

Azərbaycana gətirilən gizli kameraların sirri

08 İyul, 26 / 15:59

İraqda Xamenei ilə vida mərasimi keçirilir

08 İyul, 26 / 15:40

“Sabah”ın ÇL qələbəsi Azərbaycana nə qazandırdı? – REYTİNQ

08 İyul, 26 / 15:21

Azərbaycan Prezidenti İordaniya Kralını Azərbaycana DƏVƏT etdi

08 İyul, 26 / 15:01

Balakən və Zaqatalanı sel apardı

08 İyul, 26 / 14:42

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib

08 İyul, 26 / 14:23

Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı”

08 İyul, 26 / 14:04

Nazirliklərdə yeni müavin postlarının pərdəarxası

08 İyul, 26 / 13:45

Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq - VİDEO

08 İyul, 26 / 13:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.