Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb.
Çağdaş.Az xəbər verir ki, Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:
Komissiyanın həmsədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini;
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini;
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini;
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti;
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri;
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Sərəncama əsasən, Birgə Komissiya Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Əlcəzair Xalq Demokratik Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovdur.
















