Ermənistanı “Uşaq Avroviziyası-2026” mahnı müsabiqəsində təmsil edən 13 yaşlı Nare Kerobyan 1-ci yeri tutub. “Boo!” mahnısı ilə 202 xal toplayan ifaçı qələbədən sonra İrəvana qayıdıb.
İspaniya və Fransa təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Cagdas.az xəbər verir ki, Nare Kerobyanı bu gün səhər saatlarında İrəvanın Zvartnots hava limanında təntənəli şəkildə qarşılayıblar.
Qarşılayanlar arasında onun bacı-qardaşları, dostları, qohumları və yaxınları da olub.
Qeyd edək ki, Nare Kerobyan Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın qızıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan da 13 yaşlı qızın uğurunu alqışlayıb.\modern.az\


