• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
31.7° Weather Columbus
$
1.7
€
1.9405
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı

08 İyul, 26 / 20:40
A A

ABŞ və İsrailin İrana hava hücumu nəticəsində həlak olan keçmiş dini lider Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi davam edir. İrandan sonra İraqda da mərasimlər baş tutacaq. Artıq nəşin olduğu tabut İraqa çatdırılıb, cənazə təyyarə ilə Nəcəf şəhərinə gətirilib.

Əli Xameneinin şiə müsəlmanları üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərində dəfn mərasimlərinin keçirilməsi təəccüblü deyil. Hətta deyərdim ki, bu, məqsədli addımdır. Yəni əvvəldən Əli Xameneinin ölümü və dəfni kimi detallara müqəddəslik statusunun verilməsinə çalışılır.

Diqqətimi çəkən məqam isə İraqdakı mərasimlərə ailə üzvlərinin də gəlməsidir. Onu qeyd edim ki, bilinənin əksinə olaraq, 5 iyulda İrandakı mərasimə Xameneinin oğulları Mustafa, Meysəm və Məsud Xamenei qatılmışdı. Yəni ali dini liderin ailə üzvlərinin mərasimdə iştirak etməməsi ilə bağlı məlumatlar doğru deyil. Hətta onların atalarının tabutu başında dua etmələrini əks etdirən fotolar da var. Lakin İranın yeni dini lideri Müctəba Xameneinin mərasimə qatılmaması həm doğru, həm də davam edən əsas müəmmadır.

Rəsmi mənbələr Müctəba Xameneinin təhlükəsizlik məqsədi ilə iştirak etmədiyini desə də, qeyri-rəsmi mənbələrə görə, yeni dini lider atasının və digər ailə üzvlərinin ölümünə səbəb olan hücumda yaralanıb. İddialara görə, onun üzü tanınmaz hala düşüb. Hətta bir və ya hər iki ayağından ciddi xəsarətlər aldığı üçün dəfn mərasimində iştirak etmədiyi deyilir.

Vəzifəsini icra edə bilməyən ali dini lider!

Şəxsən mən də Müctəba Xameneinin yaralandığını, hətta deyilənlərdən daha ağır vəziyyətdə olduğunu düşünürəm. Vəziyyət belədirsə, o, faktiki olaraq ali dini lider kimi qala bilməz. İran Konstitusiyasının 111-ci maddəsində bu məsələ çox dəqiq şəkildə əks olunub.

Belə ki, maddəyə əsasən, əgər ali lider xəstəlik və ya başqa bir hadisə nəticəsində müvəqqəti olaraq vəzifələrini yerinə yetirə bilmirsə, 111-ci maddənin 4-cü bəndinə əsasən, o, avtomatik olaraq vəzifəsini itirmir. Bu müddətdə onun səlahiyyətlərini Konstitusiyada nəzərdə tutulan müvəqqəti şura icra edir. Əli Xamenei ilə bağlı da bənzər prosedur tədbiq edilmişdi.

Əgər vəziyyət müvəqqəti yox, daimi xarakter alarsa və ali lider artıq konstitusion vəzifələrini yerinə yetirmək iqtidarında olmazsa, onda 111-ci maddənin 1-ci bəndi tətbiq edilir. Həmin bəndə görə, ali lider “konstitusion vəzifələrini yerinə yetirmək qabiliyyətini itirdikdə” vəzifədən kənarlaşdırılır. Bu barədə qərarı isə “Ekspertlər Məclisi” verir.

Müctəba Xamenei faktiki olaraq atasının dəfn mərasiminə belə qatıla bilmədi. İctimaiyyət qarşısına çıxmır, ali dini lider vəzifələrini yerinə yetirə bilmir. Lakin buna baxmayaraq, Ekspertlər Məclisi hər hansı tədbir görmür.

SEPAH səssiz çevriliş edib?

Əslində, bu məqam həm də başqa bir iddianı ciddiləşdirir: SEPAH İran daxilində səssiz çevriliş edib?

Müctəba Xameneinin Əli Xameneinin ölümündən dərhal sonra tələsik ali dini lider elan edilməsi bu iddiaları aktuallaşdırmışdı.

Faktiki olaraq İranda ali dini liderin atadan oğula keçməsi inqilabın əsas ideyasına və fəlsəfəsinə ziddir. Əgər həqiqətən də Müctəba Xamenei Əli Xameneinin öldüyü hücumda ağır yaralanıbsa və belə vəziyyətdə İranın yeni ali dini lideri “təyin” edilibsə, bu, SEPAH-ın İranda nəzarəti ələ aldığını deməyə əsas verir.

İran Prezidenti Məsud Pezeşkianın istefa vermək istəməsi, sözünün eşidilmədiyini bir neçə dəfə bəyan etməsi də bu iddiaları gücləndirir.

Xameneinin oğulları Mustafa, Meysəm və Məsud Xameneinin dəfn mərasimində görülməsi, lakin bunun mətbuat tərəfindən ikinci plana atılması da, mənə görə, diqqət çəkən mühüm detaldır.

Əslində, Müctəba Xameneidən başqa digər üç oğul ali dini lider olmaq üçün lazım olan təhsilə və statusa sahibdir. Lakin görünür, SEPAH-a onu idarə edəcək yeni Əli Xamenei yox, onların idarə edəcəyi “kukla” ali rəhbər lazımdır.

Xamenei ailəsi ilə SEPAH arasındakı gərginlik

Zənnimcə, Əli Xameneinin ölümündən sonra Xamenei ailəsi ilə SEPAH arasında ictimaiyyətə yansımayan bir inciklik var. Bu incikliyin başlıca səbəbləri isə bunlardır:

Birincisi, Əli Xameneinin və bir sıra ailə üzvlərinin həyatını itirdiyi olayda SEPAH-ın səhlənkarlığı və ya birbaşa qarşı tərəfə kəşfiyyat məlumatı ötürülməsi ilə bağlı iddialar var. Ailə SEPAH-ın ambisiyaları naminə ali rəhbərin və ailə üzvlərinin məqsədyönlü şəkildə qurban verildiyini düşünməsi istisna deyil.

İkincisi, Əli Xameneidən sonra Mustafa, Meysəm və Məsud varkən Müctəbanın ali dini lider seçilməsi də, məncə, ailəni incik salıb. Ümumiyyətlə, Müctəba Xamenei “mərceyi-təqlid” statusuna sahib biri deyil. Mustafa və digər iki qardaşı isə bu statusa malik idi.

Müctəba Xameneinin yaralı olduğuna dair iddialar çox ciddidir. Belə olan təqdirdə, əgər yeni dini lider seçmək məsələsi yenidən gündəmə gələr və ailədən seçilməzsə, bu, Xamenei ailəsini daha da incik sala bilər. Hətta ailənin bir çox üzvü ABŞ və İsrailin yeni hücumlarında ehtimal olunan hədəfə çevrilməmək üçün ölkəni tərk edə bilər.

Hər halda, bunlar mənim subyektiv yanaşmalarım və ciddi iddialardan çıxardığım nəticələrdir./Globalinfo.az

Bənzər Xəbərlər

Dünya

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

İyul 8, 2026
Dünya

“Mavi axın”a hücum – Türkiyə araşdırır

İyul 8, 2026
Dünya

Ukrayna dronları “dünya lideri”ni hədəfə aldı – VİDEO

İyul 8, 2026
Dünya

İran səfirinin sözləri Ermənistanı qarışdırdı

İyul 8, 2026
Dünya

İraqda Xamenei ilə vida mərasimi keçirilir

İyul 8, 2026
Dünya

Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı”

İyul 8, 2026

XƏBƏR LENTİ

Çatdırılma ilə sifariş etdiyiniz qidalar təhlükəli ola bilər - Ekspertdən xəbərdarlıq

08 İyul, 26 / 21:02

Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı

08 İyul, 26 / 20:40

Bakı – Vaşinqton - Brüssel xəttində MÜHÜM YENİLİK – İlin sonunda...

 

08 İyul, 26 / 20:21

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

08 İyul, 26 / 20:01

“Mavi axın”a hücum – Türkiyə araşdırır

08 İyul, 26 / 19:43

Ukrayna dronları “dünya lideri”ni hədəfə aldı – VİDEO

08 İyul, 26 / 19:24

İran səfirinin sözləri Ermənistanı qarışdırdı

08 İyul, 26 / 19:05

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

08 İyul, 26 / 18:47

Ali Məhkəmədən işçi hüquqları ilə bağlı mühüm qərar

08 İyul, 26 / 18:28

SON DƏQİQƏ! Qərar qəbul edildi: Bu gündən qüvvəyə minir

08 İyul, 26 / 18:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.