Türkiyə “Mavi axın” qaz kəməri infrastrukturuna dron hücumu ilə bağlı məlumatları araşdırır.
Çağdaş.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəyi bildirib: “Daxil olan məlumatları nəzərdən keçiririk. Lazım gələrsə, Türkiyənin müvafiq orqanları öz hərəkətlərini Rusiya tərəfi ilə əlaqələndirəcəklər”.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri (USQ) “Mavi axın” boru kəməri ilə Türkiyəyə qaz ixracı ilə məşğul olan Krasnodarskaya kompressor stansiyasına hücum etmişdi. Şirkətin məlumatına görə, hücum iyulun 7-si saat 19:51-də dronlardan istifadə etməklə həyata keçirilib./Publika.az
















