Son dəqiqə
Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur Ermənilərlə universitet yaratsaq alimlərimiz birləşib tarixi saxtalaşdırar

Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ

Cəmiyyət

Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?

Cagdas.az xəbər verir ki, bu suala İctimai TV-nin videomaterialında cavab tapılıb.

Satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər stabil olaraq qalır və ötən ilki qiymətlərlə eynidir. Hazırda ətəklərin qiyməti 15-25 manat, köynəklərin qiyməti 15-20 manat, şalvarların qiyməti isə 15-25 manat arasında dəyişir. Qiymət artımı ilə bağlı suala cavabında satıcı hələlik qiymət artımının gözlənilmədiyini bildirib. Geyim məhsullarının xaricdən, o cümlədən Türkiyədən də gətirildiyini qeyd edən satıcı, qiymətin keyfiyyətə görə dəyişdiyini vurğulayıb.

Qiymətlərin formalaşmasında xammalın maya dəyəri və istehsal xərcləri əsas rol oynayır. Ölkənin əsas geyim tədarükçülərindən olan “Bakı Tikiş Evi”ndən bildirilir ki, hazırda anbarlarda kifayət qədər parça ehtiyatı var. Lakin tələbat kəskin artarsa və əlavə xammal sifariş olunarsa, qiymətlərə yenidən baxıla bilər. “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, istehsalçı olaraq məhsulların qiymətlərinə hər il yenidən baxırlar.

Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, çoxuşaqlı ailələr üçün vahid məktəbli formasının alışı zamanı xüsusi güzəşt mexanizmi tətbiq edilməlidir. Onun fikrincə, ailədə təhsil alan şagirdlərin sayını təsdiqləyən sənədi təqdim etməklə satış məntəqələrində daha az qiymətlə məhsullardan istifadə etmək olar.(manset.az)