Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Qızıl rekord həddə yaxınlaşır: Azərbaycanda alıcıları nə gözləyir?

İqtisadiyyat

Dünya bazarlarında qızılın qiymətində müşahidə olunan rekord artım Azərbaycanda da öz təsirini göstərir. Qlobal birjalarda qızılın dəyərinin tarixi həddə yaxınlaşması fonunda ölkə daxilində həm külçə qızılın, həm də zərgərlik məmulatlarının qiymətində bahalaşma qeydə alınır.

Bəs qızıl bazarındakı bu artım Azərbaycanda hansı dəyişikliklərə səbəb olub və qiymətlərin yüksəlməsi qarşıdakı dövrdə də davam edə bilərmi?

Cagdas.az  xəbər verir ki ,Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, dünya birjalarında qızılın qiymətində artım müşahidə olunmasının səbəblərindən biri Yaxın Şərqdə, xüsusilə İran-ABŞ münasibətlərində yaranan gərginlik və ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi bəyanatların bazarlarda qeyri-müəyyənliyi artırmasıdır:

“Məhz bu cür qeyri-müəyyənlik dövrlərində qızılın qiyməti adətən yüksəlir. Çünki investorlar daha təhlükəsiz hesab etdikləri aktivlərə, ilk növbədə qızıla üstünlük verirlər. Qızıl bazarında son aylarda yüksək volatillik müşahidə olunur. Qiymətlər əvvəlcə tarixi maksimum səviyyələrə yüksəldi, daha sonra müəyyən qədər gerilədi, indi isə yenidən artım tendensiyası görünür”.

İqtisadçı hesab edir ki, qızılın qiymətinin gələcək dinamikası dünya siyasətində və qlobal iqtisadiyyatda baş verəcək proseslərdən asılı olacaq:

“Əgər İran-ABŞ münasibətlərində gərginlik daha da artsa və ciddi qarşıdurma riski yaransa, bu, qızılın qiymətinin daha da yüksəlməsinə səbəb ola bilər. Digər mühüm amillər isə neftin qiyməti və ABŞ dollarının məzənnəsidir. Hazırda dolların zəifləməsi qızılın bahalaşmasını dəstəkləyən əsas faktorlar sırasındadır. Əgər yaxın dövrdə dollar möhkəmlənərsə, bu halda qızılın qiymətində müəyyən eniş müşahidə oluna bilər. Ümumilikdə, hazırkı mərhələdə qızılın qiymətinin istiqaməti əsasən dünya siyasətində və qlobal iqtisadiyyatda baş verən proseslərdən asılı olacaq”.(referans media)