Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Aeroport tikmək üçün 5 dağın zirvəsini kəsdilər

Cəmiyyət

Çinin Hubey əyalətində yerləşən Şennonqtsya qoruq zonasında həyata keçirilən nəhəng mühəndislik layihəsi diqqət çəkib. Ərazidə düzənlik olmadığından hava limanının tikintisi üçün beş dağın zirvəsi dinamitlərlə partladılaraq hamarlanıb.

Cagdas.az xəbər verir ki, dəniz səviyyəsindən 2580 metr yüksəklikdə yerləşən “Şennonqtsya Xonpin” hava limanının uçuş-enmə zolağı milyonlarla kubmetr qaya və torpaq kütləsinin dərələrə doldurulması nəticəsində yaradılmış süni plato üzərində salınıb.

Ətrafı yüzlərlə metr dərinliyində uçurumlarla əhatə olunan hava limanı buludların üzərində üzən nəhəng təyyarədaşıyan gəmini xatırladır və özünəməxsus görünüşü ilə seçilir.

UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Şennonqtsya bölgəsinə avtomobillə səfər saatlarla vaxt apardığından, hava limanı nəqliyyat əlaqələrini asanlaşdırmaq və turizm potensialını artırmaq məqsədilə inşa olunub.

Mütəxəssislərin fikrincə, bu layihə həm tikinti mürəkkəbliyi, həm də ayrılan maliyyə vəsaiti baxımından Çinin ən iddialı hava limanı layihələrindən biri hesab edilir.