Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avropada Rusiyanın 6 yeni müttəfiqi açıqlandı

Cəmiyyət

Avropa İttifaqında Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

Cagdas.az xəbər verir ki, “Financial Times” nəşrinin Avropa rəsmilərinə istinadən yaydığı məlumata görə, azı altı Aİ ölkəsi yeni məhdudiyyətlər paketinə qarşı çıxıb.

Məlumata əsasən, Yunanıstan, Fransa, İtaliya, Almaniya, Avstriya və Portuqaliya Brüsselin təklif etdiyi bəzi sanksiyaların ya yumşaldılmasını, ya da tamamilə paketdən çıxarılmasını tələb edir.

Avropa diplomatlarının sözlərinə görə, üzv dövlətlərin yeni sanksiyalara bu miqyasda etiraz etməsi son illərdə görünməmiş haldır.

Qeyd edək ki, Avropa İttifaqında Rusiyaya qarşı sanksiyalar yalnız 27 üzv ölkənin yekdil razılığı ilə qəbul oluna bilər. Məhz bu səbəbdən Brüsseldə səfirlərin danışıqları dörd gün davam etsə də, tərəflər ortaq mövqeyə gələ bilməyiblər.

Xüsusilə Yunanıstan Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına icazə verilməyəcəyi təqdirdə bütöv sanksiyalar paketini dəstəkləməyəcəyini açıqlayıb.

Analitiklər hesab edirlər ki, enerji təhlükəsizliyi, iqtisadi maraqlar və milli prioritetlər Aİ daxilində Rusiyaya qarşı vahid mövqenin qorunmasını getdikcə çətinləşdirir.(modern.az)