Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xocavəndin 11 kəndinin elektrik infrastrukturu yenilənir – 11 milyon ayrıldı

Cəmiyyət

Xocavənd rayonu Ağkənd, Qarakənd, Yenikənd, Heşan, Xocavənd, Qarazəmi, Quzumkənd, Qarqar, Cütcü, Tağaverd və Arakül yaşayış məntəqələrinin xarici və daxili elektrik infrastrukturunun yenidən qurulmasına sırf olunacaq vəsaitin həcmi məlum olub.

Cagdas.az xəbər verir ki bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, “Azərişıq” ASC bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.

Belə ki, sözügedən kəndlərin xarici və daxili elektrik şəbəkəsi 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenidənqurularaq elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulub.

Məlumata görə, yenidənqurma işlərini “19 saylı Tikinti Təmir İdarəsi” həyata keçirəcək.

Sözügedən işlərin icrasına 11 746 463 manat vəsait sərf olunacaq.(modern.az)