Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

​Övladı məktəbdə oxuyanlar DİQQƏT! Sentyabrın 1-nə qədər bunu mütləq bilməlisiniz!

Cəmiyyət

Azərbaycanda məktəblərdə süni intellekt və kibertəhlükəsizlik fənlərinin tədrisinə başlanılacaq. Bəs bu fənləri tədris edəcək müəllim korpusu formalaşıbmı?

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bildirib ki, yeni fənlərin tədrisinə əsasən bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər cəlb olunmalıdır.

Ekspertin sözlərinə görə, sentyabr ayından məktəblərdə süni intellekt və kibertəhlükəsizlik fənlərinin tədrisinə başlanılacaq və bu istiqamətdə əmək bazarında informasiya texnologiyaları üzrə təhsil almış, süni intellekt və maşın təlimi sahəsində ixtisaslaşmış, həmçinin kompüter elmləri üzrə bakalavr təhsili olan mütəxəssislər, eləcə də riyaziyyat müəllimləri bu prosesdə iştirak edə bilərlər.

Onun sözlərinə görə, əsas məqsəd məktəblilərdə süni intellekt və kibertəhlükəsizlik sahəsində ilkin bilik və bacarıqların formalaşdırılmasıdır.

Elçin Əfəndi qeyd edib ki, bu fənlərə Azərbaycan dili, riyaziyyat və digər əsas fənlərdə olduğu qədər dərs saatı ayrılmayacaq və tədris mərhələli şəkildə həyata keçiriləcək.

Təhsil eksperti hesab edir ki, yaxın illərdə məhz bu istiqamətlər üzrə pedaqoji kadr hazırlığının gücləndirilməsinə ehtiyac yaranacaq.

“Ya rəqəmsal bacarıqlar fənni çərçivəsində bu mövzuların tədrisi həyata keçirilməlidir, ya da kibertəhlükəsizlik və kompüter elmləri üzrə ixtisaslaşmış mütəxəssislər birbaşa tədris prosesinə cəlb olunmalıdır”, – deyə o bildirib.